
Azərbaycandakı monopolist şirkət vergidən ildə 17000 manat necə yayınıb?-ŞİKAYƏT
İllərcə mühasibatlıq, ilgilis dili və bir çox profesional kursları ilə Azərbaycanda məhşur olan
Barratsons kursları illərcə çox sərt bir şəkildə vergidən yayınır. Bu məlumatı XXX media
resursuna kursların yerləşdiyi binanın yeni sahiblərindən biri – Ukrayna vətəndaşı və Birləşmiş
Krallıq rezidenti İlham Mamedov bildirib.
İllərdir BARATTSON MMC – yerləşdiyi 1202 kv m Bəxtiyar Vahabzadə 5 ünvanında icarə
müqaviləsində qiyməti 7 dəfə aşağı göstərərək vergidən yayınıb. Məhz 20,000 AZN icarə haqqı
olan yerə cəmi 3057 AZN qeyd edərək, aylıq 17000 AZN-i gizlədərək vergidən yayınır.
Məsələyə aydınlıq gətirək – 23 Avqust 2022-ci ildə obyekt yiyəsi rəhmətə gedəndən sonra aydın
olub ki – mərhumun qardaşı – Zamanov Zaman Muxtar oğlu ona verilən etibarnamədən sui
istifadə edərək 2021-ci ildə pul mənimsəmə məqsədi ilə və vergidən yayınmaq məqsədi ilə
BARATTSON MMC ilə əlbir olaraq icarə müqaviləsində rəsmi məbləği 3057 AZN olaraq
göstərib. Mərhumun vərəsələri dəfələrcə bu səhvi düzətlmək üçün danışıqlar aparıb və heç bir
nəticəyə gəlməmişdir. Bununla bağlı ekpert rəyi alınıb, vergi orqanlarına vergidən yayınma fakti
olaraq şikayət olunub və məhkəməyə müraciət olunub.
Marağlıdır, muhasıbatlıq kurslarında da BARATTSON MMC vergidən yayınmağı kim öyrədir?
Bu haqda Dünyanınsəsi.Az saytının e-mail ünvanına Ukrayna vətəndaşı və Birləşmiş Krallıqda yaşayan İlham məmmədov adlı şəxs tərəfindən müraciət edilib.
Həmin Müraciəti olduğu kimi təqdim edirik:
“Salam,Sizə tanınmış kurs olan BARATTSON MMC tərəfindən mənə olunan haqsızlıq və necə vergidən yayındıqları haqqında məlumat vermək istəyirəm.
Mənim adım İlham Mamedovdur Ukrayna vətəndaşıyam və Birləşmiş Krallıqda yaşayıram.23 Avqust 2022-ci ildə atam dünyasını dəyişmişdir və atamın qanuni vərəsələrindən biri olaraq əmlaklar ilə maraqlanarkən ona məxsus 1202 km lik obyektin BARATTSON MMC də icarədə olduğunu öyrəndim.Obyeky Bakı şəhəri Bəxtiyar Vahabzadə 5 ünvanında yerləşir və evimizə gələn məbləğdən bilirəm ki,aylıq icarə haqqı 20 000 AZN dir.
Yeni məlum olmuşdur ki əmim Zamanov Zaman Muxtar oğlu pul mənimsəmə məqsədi ilə və vergidən yayınmaq məqsədi ilə atamın ona verdiyi etibarnamə ilə icarə müqaviləsində rəsmi məbləği 3057 AZN olaraq göstərib.İndi isə BARATTSON MMC icarə haqqını bizə verməkdən yayınır və məbləğin 3057 AZN olduğunu bildirir.Ekpertiza rəyi ilə icarə haqqının 20 000 AZN olduğu təstiqlənsə də BARATTSON MMC rəhbərliyi və əmim bu məbləği bizə verməyir və öz aralarında bölüşürlər və beləcə aylıq 17 000 AZN məbləği bizdən gizlədirlər.
Bununla bağlı ekpert rəyi alınıb, vergi orqanlarına vergidən yayınma fakti olaraq şikayət olunub və məhkəməyə müraciət olunub.
Əlavədə sizə sənədlər toplusunu göndərirəm və bu məsələni mediada işıqlandırmağınızı xahiş edirəm”.
Hörmətlə
Mamedov İlham Mürşüd oğlu
[email protected]
+44 7446 946386:
Dünyanınsəsi.Az