Azərbaycanda “Mgaks” şirkətinin fəaliyyətinə kimlər göz yumub?- Niyə yarım milyon vətəndaşımız qurbana çevirilib?

Manşet REDAKSİYA SEÇİMİ
Spread the love

Dünəndən etibarən “Dünyanınsəsi” olaraq iki gündür ki, yarım milyon vətəndaşımızın “Mgaks” şirkətinin qurbanına çevirlməsini ilk dəfə olaraq ictimailəşdirilməsinə qərar verdik.
Zərərçəkmişlər dünəndən durmadan xəbər saytımızın E-mail, və whatsAAP ünvanına müraciətlər daxil olmaqda davam edir.
Bildirmək istəyirik ki, bu külli miqdarda vətəndaşlarımızın etibarından sui-istifadə etmiş olan “Mgaks” çetesi ifşa edilməsi üçün Baş Prokurorluğa müraciətlər edilməlidir.
Mgaks çetesinin bölgələr üzrə təmsilçilərini hər bir zərərçəkmiş tanıdığından bu dələduz şirkətin yönətim rəhbərlərinin ifşa edilməsində böyük rol oynaya bilər.
Apardığımız araşdırmalar nəticəsində təqribi olaraq vətəndaşlarımıza 20 milyondan çox maddi ziyanın vurulduğu qənaətindəyik.
Redaksiya olaraq inanırıq ki, hüquq mühavizə orqanlarının rəhbərləri “Mgaks” şirketinin dələduz fəaliyyətini araşdırıb bu çeteni ifşa edəcəkdir.

Dünyanınsəsi.Az