Azərbaycanda məktəblərin fəaliyyəti BƏRPA EDİLDİ

Hit ÖLKƏ
Spread the love

Bu gündən Azərbaycanda bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili bərpa olunur.

Dunyaninsesi.Az  xəbər verir ki, fevralın 1-dən əyani tədris Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə, digər rayon və şəhərlərdə isə 4-5 dəfə keçiriləcək, qalan günlər şagirdlər distant formada tədrisi davam etdirəcəklər.

Şagirdlər məktəbə daxil olarkən onların temperaturu yoxlanılacaq və səhhətlərində hər hansı narahatlıq olacağı təqdirdə təcrid otağına yönləndiriləcək.