İran hərbi komandiri Qasım Süleymaninin ABŞ-ın pilotsuz təyyarəsi ilə hücumda öldürülməsindən sonra Azərbaycan cəmiyyətində molla rejiminə dəstək nümayişi etdirilməsi təhsil səviyyəmiizn nə dərəcədə aşağı olmasını bir daha sübut etdi.Tarixini bilməyən ”xalq” daim əzilməyə tapdalanmağa məhkumdur.
Tarixi bilmək, vətənin, xalqın keçmişinə sahib çıxmaq yalnız seçilənlərin qismətinə yazılır.
“Demokrat.az”-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl belə bir məqamı xüsusi önə çəkib ki, “İranlı general Qasım Süleymaninin ölümü ilə bağlı Azərbaycanda ciddi narahatlıq keçirən bir qrup şəxslərin son günlər sosial şəbəkələrdə müxtəlif çağırışlar etməsi və xüsusi fəallıq göstərməsi Azərbaycanın milli təhlükəsizliyinə təhdidlər yaradır. Mən Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinə çağırış edirəm ki, həmin şəxslər nəzarətə götürülsün, ciddi şəkildə yoxlansılsınlar”.