
Azərbaycanda dezinfeksiya bəhanəsi ilə evlərə girib oğurluq edirlər? – Səs yazısı yayıldı
Azərbaycanda “Whatsapp” mesajlaşma tətbiqi vasitəsilə yayılan daha bir səs yazısı böyük rezonans doğurub.
Yenisabah.az xəbər verir ki, kimliyi məlum olmayan bir nəfər şəxs koronavirusa görə dezinfeksiya adı ilə evlərə girib, oğurluq edildiyini deyib. Həmin şəxs dezinfeksiya bəhanəsi ilə gələnlərin ev sahiblərini qaz balonu ilə yuxuya verdiklərini, daha sonra evdən oğurluq etdiklərini bildirib:
“Mənə indi bir xəbər verdilər, evlərə koronavirusu dezinfeksiya etmək adı ilə gəlirlər. Qaz balonları var, adamı yuxuya verir. Sonra da evi süpürüb aparırlar. Dezinfeksiya adı ilə kim qapını döysə, açmayın”.
Sözügedən səs yazısını təqdim edirik:
DunyaninSesi.Az