
Azərbaycanda dəhşət: İtkin düşən 10 yaşlı qızın yandırılmış meyiti tapıldı – Foto
Ötən il noyabrın 21-də Tovuz rayonunda itkin düşən 10 yaşlı Quliyeva Nərmin Şərif qızının meyiti tapılıb.
DunyaninSesi xəbər verir ki, azyaşlının meyiti bu gün axşam saatlarında rayonun Dondar Quşçu kəndində yandırılmış şəkildə aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. /APA