Azərbaycanda COVİD-19-a yoluxma və ölüm kəskin artdı – SON SUTKADA

Hit ÖLKƏ
Spread the love

Sutka ərzində Azərbaycan Respublikasında koronavirus infeksiyasına 1759 nəfər yoluxub, 511 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Dünyanınsəsi.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 252 min 680 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 234 min 893 nəfər müalicə olunaraq sağalıb, 3445 nəfər vəfat edib. Aktiv xəstə sayı 14 min 342 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 816 min 784 test aparılıb. Bugünkü test sayı isə 8923-dür.