Azərbaycanda 5G tətbiq olunur? — RƏSMİ AÇIQLAMA

HADİSƏ Manşet
Spread the love
“Covid-19” pandemiyası dövründə dünyada, o cümlədən Azərbaycanda 5G texnologiyasının bu xəstəliyin daha çox yayılmasına səbəb olduğu barədə fikirlər səsləndirilir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Dünyanınsəsi.az-a verilən məlumata görə, 5G yeni 5-ci nəsil internet texnologiyasıdır. Bu texnologiya bizi super sürətli və kəsintisiz internetlə təmin edir.
Belə ki, 5G texnologiyasında tətbiq edilən radiotezliklər ionlaşdırmayan radiospektr diapazonunda yerləşir. İonlaşdırmayan radiotezliklərinin insan sağlamlığına təsirləri mütəmadi olaraq beynəlxalq institutlar tərəfindən tədqiq edilir.
Nazirlikdən bildirilib ki,Azərbaycanda 5G texnologiyası tətbiq olunmur. Sadəcə bir müddət öncə, “Bakutel-2019” çərçivəsində 5G pilot layihə olaraq, paytaxt Bakıda qısa zaman kəsiyində test edilib.

Dünyanınsəsi.az