Azərbaycana bir güllə atsa, İran bir həftəyə Azərbaycan olar!

Əsas Manşet REDAKSİYA SEÇİMİ
Spread the love

“Traktor” hələlik futbol oynayır, amma traktorun əsas işi şumlamaqdır…

10 milyonlarla Azərbaycan türkü Ana Vətənini hər kəsdən qorumağa, İranın haqsız, ermənipərəst və aqressiv siyasətinə etiraz etməyə hazırdır!

Tehran bizimlə təhdid dilində danışır – özünün 35 milyon türk vətəndaşını unudaraq!

Bax bu “Traktor”çu vətənpərvərin timsalında milyonlarla Azərbaycan müdafiəçisini unudaraq!

2 milyon erməniyə qucaq açır.

Bağrına basır.

Bizi – dünyadakı 50 milyon azərbaycanlını isə özündən uzaqlaşdırır.

Azərbaycanın inanclı insanlarını belə özünə qarşı qaldırır.

Mən də bir inanclı kimi İslam adı ilə, molla qılığında millətimi təhqir edənlərə etiraz və qəzəbimi bildirirəm.

Mən müsəlmanam və dinimə, məscidimə, torpağıma, millətimə, Allahıma qarşı əl və dil uzadan düşmənlərə qarşı 33 illik bir cihadın içindəyəm!

Dövlət qurduq, bayraq dikəltdik, savaşdıq, uduzduq, udduq!

Cihad budur!

Allahın yolu budur.

Haqqa xidmət budur.

Əli Yolu budur!

İran isə kiçik fraqmentlər istisna olmaqla, Azərbaycan Respublikası qurulandan, Qarabağ savaşı başlayandan erməniləri bağrına basır!

Hər cür yardım göstərir!

Azərbaycanı qısqanır, hər fürsətdə alçaltmağa çalışır!

Xocalı soyqırımını unudur!

800 min müsəlmanın didərgin salınmasını unudur!

Qarabağdakı pirlərimizin, məscidlərimizin dağıdılmasını, Allahın evlərində donuz saxlanmasını görməzdən gəlir!

Silah, yanacaq, ərzaq daşıyır Qarabağdakı separatçılara!

Bəs bunlar hansı dinə xidmət edirlər?

Müsəlmanlıq beləmi olur?

Şiə qardaşlığı bu cürmü olur?

Əli Yolu beləmi olar – bu yol müsəlmanı qətlə yetirən, İslam torpaqlarını zəbt edən kafirlərə tam dəstəkdir?

İrandakı molla adı, dindar ünvanı daşıyan tanınmışlardan sədalar gəlir: “Bakıya hücum edək”.

Sərhədlərimizdə təlim keçən İran ordusuna müraciətən bu çağırışı edirlər.

Ayətullahlar xütbə oxuyurlar, Türkiyə və Azərbaycanı təhqir edirlər.

“Şirin quyruğu ilə oynamayın”, – deyə, guya azərbaycanlılarla məzələnirlər.

Bizim qəlbimizi qırır, bizi görməzdən gəlirlər!

“Bakıya hücum” nə deməkdir?

Ermənilərə görə Azərbaycana bombamı atacaqsınız?

Onların revanşını bizimlə İran oynayacaq?

Bunlar gerçəyi görmürlərmi?

Dövlətin, ordunun içindəki vətənpərvər azərbaycanlıları görmürlərmi?

Allaha and olsun, Azərbaycana qarşı bir addım atsalar, silah çəksələr, 35 milyon türk bunları diri-diri yeyər!

Hələ daha kimlər…

Bunumu istəyirlər ki, dünya azərbaycanlılarının müzəffər lideri özünün 50 milyonluq xalqına “Vətən təhlükədə” çağırışı edə?!

Bunlar içlərindəki “Traktor”umuzu görmürlərmi?

“Traktor” yalnız futbol oynamır.

“Traktor” hələlik futbol oynayır.

Traktorun əsas işi şumlamaqdır…

Bir millətin izzəti-nəfsi ilə bu qədər oynamayın.

Peşmanlıq olar…

Azərbaycana bir mərmi atsa, İran bir həftəyə Azərbaycan olar!