Azərbaycan və Ukrayna ifaçıları Ukraynaya dəstək məqsədi ilə birgə mahnı ifa edib

Manşet ŞOU
Spread the love

Azərbaycan və Ukrayna ifaçıları Ukraynanın mənəvi himni kimi tanınan “Ukrayna duası” mahnısını ifa etməklə Ukraynanı dəstəkləməyi qərara alıb.

Ukraynanın Azərbaycandakı səfirliyi ifanın videosunu Youtube kanalında yayıb.

 

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski ifanı möhtəşəm adlandıraraq, videonu Twitter səhifəsində paylaşıb.

Nikolay Lısenkonun “Ukrayna üçün dua” mahnısı Hidayət Əliyevin ifasında və xüsusi olaraq yaradılmış Azərbaycan-Ukrayna tandeminin (tar – Polina Onniçenko, kamança – Toğrul Əsədullayev, kanon – Vəfa Şirəliyevin) müşayiəti ilə ifa edilib.