Azərbaycan və Türkiyə arasında yeni qaz boru kəməri çəkilir

Hit İQTİSADİYYAT
Spread the love

Türkiyə ilə Azərbaycan arasında yeni təbii qaz boru kəməri qurulur.

“Report”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bununla bağlı bu gün iki ölkənin energetika nazirləri arasında Anlaşma Memorandumu imzalanacaq.

Məlumatda deyilir ki, Qarabağın işğaldan azad edildikdən sonra Naxçıvan Muxtar Respublikasının da fasiləsiz təbii qaz ilə təmin edilməsi üçün iki ölkənin energetika naziri bir araya gələcək. Muxtar Respublikanın təbii qaz tələbatı İğdır-Naxçıvan təbii qaz boru kəməri vasitəsi ilə ödəniləcək.

Layihəni Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BOTAŞ həyata keçirəcək.