Bratislava şəhərində keçiriləcək ATƏT-in Nazirlər görüşü çərçicvəsində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşün keçirilməsi nəzərdə tutulur.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatından Musavat.com-a bildirilib ki, görüş dekabrın 4-də baş tutacaq.