
Azərbaycan Ordusu təlimdə ərazinin kəşfini aparıb – FOTO – VİDEO
Genişmiqyaslı komanda-qərargah təlimlərinin növbəti mərhələsinin tələblərinə uyğun olaraq, döyüş tapşırıqlarının dəqiqləşdirilməsi və mövcud döyüş vəziyyətinin qiymətləndirilməsi məqsədilə real şəraitdə ərazinin kəşfi aparılıb.
Bu barədə DunyaninSesi.Az -a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimin senarisinə əsasən, vəzifəli şəxslərin məruzələrini dinləyib. Təlimdə iştirak edən qoşunların qəbul olunan qərara uyğun tətbiqi üzrə tapşırıqlar aydınlaşdırılıb.
DunyaninSesi.Az





