AZƏRBAYCAN ORDUSU KƏLBƏCƏRƏ DAXİL OLDU! – Müdafiə Nazirliyi + VİDEO (Yenilənib

Manşet QARABAĞ
Spread the love

Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.

Bu barəd  Azərbaycanın Müdafiə Nazirliyi xəbər verir. Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.
Gün ərzində Kəlbəcərdən foto və video materiallar təqdim olunacaq.

***

Erməni silahlı qüvvələri Kəlbəcəri tərk edirlər. Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanata əsasən işağldan azad edilən Kəlbəcərə Azərbaycan ordusu daxil olur. 

Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Videoda Azərbaycan hərbi kortejinin Göygöl rayonu, Toğana kəndi istiqamətindən Kəlbəcərə yollanması əks olunub.