AZƏRBAYCAN İNSAN ALVERİNƏ GÖRƏ TƏNQİD OLUNDU – HÖKÜMƏT BU SAHƏDƏ KİFAYƏT QƏDƏR TƏDBİR GÖRMÜR

DÜNYA Əsas Manşet
Spread the love
Azərbaycan ABŞ Dövlət Departamentinin siyahısında traffikinqə qarşı kifayət qədər tədbir görmək iqtidarında olmayan ölkə olaraq qalır.

Dünyanınsəsi.Az  xəbər verir ki, bu barədə Dövlət Departamentinin cümə axşamı dərc etdiyi insan alveri haqqında illik hesabatında (TIP) deyilir.

Azərbaycan insan alveri sahəsində ciddi problemlə qarşılaşan və hökumətləri Traffikinq qurbanlarının müdafiəsi haqqında Qanunun minimum standartlarına riayət edilməsi üçün kifayət qədər səy göstərməyən ölkələr arasında qalır.

“Bu səylər insan alverçilərinin sayının çox olmasının tənqid edilməsini və onlara daha ağır hökmlər çıxarılması üzrə hakimlərə tövsiyələr verilməsini ehtiva edir. Hökumət vətəndaş cəmiyyəti üçün qrantlar təsis edib, qurbanların müdafiəsinə ayrılan ümumi maliyyə vəsaitini artırıb və insan alverinə qarşı mübarizədə QHT liderlərinin rolunu etiraf edib”, deyə məruzədə bildirilir.

Bununla belə, Azərbaycan hökuməti bu istiqamətdə “kifayət qədər səy nümayiş etdirməyib”. Məhz buna görə ölkə ardıcıl olaraq iki ildir monitorinq siyahısında “2-ci Səviyyə”də qalır.

Azərbaycan hökuməti ötən illə müqayisədə daha az sayda qurbanı müəyyən edib, əhalinin həssas qrupları arasında kifayət qədər iş aparmayıb, daxili insan ticarətinin üzə çıxarılmasına təşəbbüs göstərməyib”, deyə Dövlət Departamentinin səfiri Con Kotton Riçmond cümə axşamı virtual mətbuat konfransında bildirib.

“Biz, Beynəlxalq Əmək Təşkilatından əldə etdiyimiz məlumatlara görə, insan ticarəti qurbanlarının əksəriyyətinin sərhədi keçmədiyini bilirik. Onlar öz ölkələrində qurbana çevrilirlər. Buna görə bunu transmilli cinayət hesab etməməliyik”, deyə o qeyd edib.

Gələn il Azərbaycanın siyahıda “2-ci Səviyyə”də qala biləcəyi son il olacaq.

Riçmondun sözlərinə görə, ölkə maksimum 3 il irəliləmə və ya ən aşağı səviyyə olan 3-cü səviyyəyə geriləmə hüququ ilə monitorinq siyahısında qala bilər. “Bu, sanksiyalara və yardımın azalmasına gətirib çıxara bilər”, deyə o qeyd edib.

Bu il TIP siyahısının aşağılarında 19 ölkə, o cümlədən Çin, Kuba, Rusiya, Şimali Koreya, Əfqanıstan, Əlcəzair, Belarus və Türkmənistan var idi.

ABŞ “bu və ya digər ölkənin insan alveri sxemlərini tətbiq etməsini və vətəndaşlara zülm etdiyini səssizcə müşahidə etməyəcəyik”, deyə dövlət katibi Mayk Pompeo məruzəni təqdim edərkən bildirib.