Azərbaycan gömürüyündə Rəzalət! Türk vətəndaşları gömrükdə soyğuna məruz qalıb -VİDEOŞİKAYƏT

Əsas Manşet HADİSƏ
Spread the love

Azərbaycana gələn bir qrup Türkiyə vətəndaşı gömrükdə onlardan rüşvət alınması barədə video paylaşıblar.

Dünyanınsəsi.Az  bildirir ki, motosiklet sürücüsü olan bir neçə Türkiyə vətəndaşı Azərbaycandan başqa heç bir ölkədə belə bir durumla üzləşmədiklərini deyib.

Bir millət, iki dövlət

Türkiyənin siyasi və mənəvi dəstəyi bu Qələbənin qazanılmasında çox böyük rol oynamışdır

Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi… Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Mən «Bir millət – iki dövlət» deyiminin bu ölkə məmurlarının “nağıla” çevirməsinə etiraz edirəm.Və ciddi surətdə Türk vətəndaşlarının  gömrükdə soyğuna məruz qalıb-qalmamasını Baş Prokurorluq tərəfindən araşdırılmasını xahiş edirəm.

.

Həmin videoşikayəti təqdim edirik:

Ərşad İbrahimli,

Dünyanınsəsi.Az