“Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşı Prezidentin Şuşa səfərinə belə münasibət bildirdi

Əsas Manşet QARABAĞ
Spread the love

Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşı, əslən Kəlbəcərdən olan ictimai fəal,gənc şair Samir Mustafayev  Prezident İlham Əliyevin iştirakı ilə Şuşanın Cıdır düzündə  keçirilən möhtəşəm “Xarıbülbül” musiqi festivalının ictimai və mənəvi-ideoloji əhəmiyyətini yazdığı maraqlı şeirlə ifadə edib.

Dünyanınsəsi.Az həmin şeiri təqdim edir:

 

DÖNDÜ

Necə yazmayasan bu xoş günlərdən?!

Xalqımın qüruru özünə döndü.

Qurtulduq o ağır, çətin illərdən,

Millətin sevinci üzünə döndü.

+++++

Sərkərdəmiz əzdi düşmənin başın,

Çıxdı azadlığa torpağım, daşım.

“Dəmir Yumruq” oldu hər vətəndaşım,

Cənabın bir kəlmə sözünə döndü.

+++++

Haqq yolunun dözdülər hər anına,

Vəlvələ saldılar düşmən canına.

Vətən Şəhidlərin axan qanına,

Qazinin qaranlıq gözünə döndü.

+++++

Yağının xülyasın tamam çöndərdi,

Torpaqdan rədd etdi, gora göndərdi.

İgidlər dağları yola döndərdi,

Dağlar Pənahəli izinə döndü.

+++++

Yüksək saxlayırıq hər an xidmətin,

Qardaşın qardaşa böyük hörmətin.

Naxçıvan, Zəngəzur atdı həsrətin,

Yolumuz Laçın dəhlizinə döndü.

+++++

Azad etdi hər kəndi, hər şəhəri,

Öz gücüylə heyran etdi bəşəri.

Əldə silah Azərbaycan əsgəri,

Doğma ocağına, közünə döndü.

+++++

Hər uğurda Öndərimiz dayandı,

44 günə Böyük Zəfər yarandı.

Mehriban xanımla gəzib dolandı,

Şükür Paşam Cıdır düzünə döndü.

 

Samir Mustafayev

Kəlbəcər sakini

15.05.2021