Deputat Ağalar Vəliyevə məxsus “Azəraqrartikinti” ASC-nin Gəncə şəhərinin Su və Kanalizasiya sisteminin yenidən qurulması layihəsində çalışan işçilərinin oğurluq etməsi haqqında “DunyaninSesi.Az” saytına ilginc bir məlumat daxil olub.
Məlumatlı mənbənin sözlərinə görə “Azəraqrartikinti” ASC-nin prorabı Cəfərov Kamil Famil oğlu öz işçiləri ilə əlbir olaraq “kamaz” markalı yük maşını ilə dolu olan müxtəlif diametirli boruları satarkən saxlanılıb. Sözügedən şirkətdən boru oğurlayan şəxs və şəxsləri Göygöl rayon polis şöbəsinin əməkdaşları tərəfindən zərərsizləşdirildiyi deyilir.Faktla bağlı araşdırmamız davam edir.