Avstraliyada xalq etiraza qalxdı: On minlərlə insan baş nazirin istefasını tələb edir(VİDEO)

DÜNYA Manşet
Spread the love
Avstraliyanın paytaxtı Sidneydə on minlərlə insan etiraz aksiyası keçirib.

DunyaninSesi.az Qaynarinfo-ya  xəbər verir ki, nümayişçilər baş nazir Skott Morrisonun istefasını tələb edirlər. Aksiyaya qatılanların əksəriyyətinin tələbələr və “Məhv etməyə qarşı etiraz” hərəkatının üzvləri olduğu bildirilir. Onlar hökuməti iqlim məsələsinə yetərincə diqqət yetirməməkdə və yanğınların öhdəsindən gələ bilməməkdə ittiham edirlər. Fəallar höküməti yeni və ekoloji cəhətdən daha təmiz enerjiyə keçməyə çağırırlar.

Aksiyalara 20 minə yaxın insanın qatıldığı bildirilir.
DunyaninSesi.AZ