Avropa Şurasının Nazirlər Komitəsi diffamasiya qanununun qəbuluna çağırır

Manşet ÖLKƏ
Spread the love

 

Avropa Məhkəməsinin qərarlarının icrasını araşdıran  işçi qrupu “Məmmədli işi” qrupu üzrə   Müvəqqəti Qətnamə  qəbul edib.

Sənəddə “Mahmudov və Ağazadə qrupu” Azərbaycana qarşı (əsasən ərizəçi jurnalistlərin ifadə azadlığı hüququnun pozulması, böhtana görə qeyri-proporsional cinayət sanksiyalarının tətbiqi və onların ifadə azadlığını məhdudlaşdırmaq üçün Cinayət Məcəlləsinin digər müddəalarının özbaşına tətbiqi ilə bağlı) qərara toxunulur. O cümlədən prokurorluq və icra hakimiyyəti orqanları tərəfindən təqsirsizlik prezumpsiyasının pozulduğu bildirilir.

Sənəddə hökumətdən  Avropa Məhkəməsinin bu işlərlə bağlı qərarlarından irəli gələn addımları atmaq tələb edilir.

Sənəddə deyilir ki, hökumət ərizəçilərə kompensasiya ödəməklə işini bitmiş hesab edib.

Diffamasiyaya görə cinayət sanksiyalarının tətbiqinə gəldikdə, sənəddə deyilir ki, diffamasiyaya görə cinayət sanksiyalarının tətbiqi ilə bağlı hakimiyyət orqanları tərəfindən verilən statistik məlumatlar nəzərə alınsa da  hakimiyyəti uzunmüddətli həbs cəzalarının aradan qaldırılması üçün diffamasiya haqqında qanunvericiliyə dəyişiklik edilməsinə yönəlmiş mümkün tədbirlər haqqında ətraflı məlumat verməlidir: “Hakimiyyət orqanları ifadə azadlığını məhdudlaşdırmaq üçün Cinayət Məcəlləsinin digər müddəalarının  tətbiqi ilə bağlı  Avropa Şurasının standartlarına uyğun olaraq cinayət təqibindən müdafiəsinə yönəlmiş konkret tədbirlər görməlidir”.

Taryel  Ibrahimov,

Dunyaninsesi.Az