Yeni Azərbaycan Partiyasının 123 Kəlbəcər Seçki Dairəsindən namizədi Aqil Məmmədov bu gün 20 Yanvar hüzn günü ilə əlaqədar faciə qurbanı olan Kəlbəcər rayon sakini şəhid Cabbarov Firuz Vəli oğlunun ailəsi ilə görüşmüşdür.
Görüş zamanı torpaqlarımızını ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın ruhuna dualar oxunmuşdur.Şəhidin atası Cabbarov Vəli İsmayıl oğlu 123 saylı Kəlbəcər Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Aqil Məmmədovun onlarla görüşünü dövlətimizin və xalqımızın şəhidə və şəhid ailələrinə göstərdiyi yüksək qiymət kimi dəyərləndirmişdir.Daha sonra çay süfrəsi arxasında fikir mübadiləsi aparılmışdır.