Yeni Azərbaycan Partiyasının 123 Kəlbəcər Seçki Dairəsindən namizədi Aqil Məmmədov bu gün 20 Yanvar hüzn günü ilə əlaqədar YAP Kəlbəcər Rayon Təşkilatında yaradılmış seçki qərargahının üzvləri ilə birlikdə Gəncə şəhərindəki, Kəlbəcər “Şəhidlər” abidə-kompleksini ziyarət edib.
Sonra Gəncə şəhərində1500 ailəlik yeni qəsəbədə məskunlaşan şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə görüşlər keçirilib.Onlarla söhbət zamanı cənab Prezident tərəfindən bu kateqoriyadan olan insanlara göstərilən qayğı və diqqət xüsusi ilə vurğulanıb. Şəhid ailələri və Qarabağ əlilləri onlara göstərilən yüksək qayğı və diqqətə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Aqil Məmmədov torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsinə ucaldılmış abidənin üzərinə gül-çiçək dəstələri qoymuşdur.