Almaniyada “Sabina” qasırğası dağıntılara səbəb oldu – FOTO

HADİSƏ Manşet
Spread the love
Almaniyada fevralın 9-dan davam edən “Sabina” qasırğası həyatı iflic edib. 
Ölkənin Şimali Reyn Vestfaliya (NRW) Əyalətinin Dаxili İşlər Nаzirliyindən “Report”un Avropa bürosuna verilən məlumata görə, qasırğa səbəbi ilə magistrallarda qəzaların sayı artıb. Təbii hadisə səbəbi ilə aşan ağır tonnajlı yük avtomobillərinin təxliyəsi zamanı ölkə üçün əhəmiyyətli “A3” avtobanında nəqliyyatın hərəkəti 4 saat müddətinə dayanıb.
Almaniya Dəmir Yollarından “Report”a verilən məlumatda qeyd olunub ki, fevralın 9-u axşam saatlarından 10-u səhər saatlarına kimi planlaşdırılan uzun məsafəli qatar reysləri təxirə salınıb.