Almaniya XİN başçısı Ukraynaya səfər edəcək

DÜNYA Hit
Spread the love

Almaniyanın xarici işlər naziri Annalena Berbok Ukraynanın paytaxtı Kiyevə səfər edəcək.

“Report” UNN-ə istinadən xəbər verir ki, o, bu barədə ARD-yə müsahibəsində bildirib.

Nazir səfər tarixi barədə konkret məlumat verməyib.

O, Kiyevə gec səfər etməsinin səbəbini də açıqlayıb: “Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə birlikdə səfər edəcəyimizi razılaşdırmışdıq. Ancaq onun səfəri təxirə salındığından ziyarətimiz alınmadı. Ancaq bu mənim də səfərimin baş tutmayacağı demək deyil”.

Qeyd edək ki, Rusiya ilə əlaqələrinə görə Almaniya Prezidentinin Ukraynaya səfər etməsi rəsmi Kiyev tərəfindən qəbul olunmamışdı. O, xarici işlər naziri olduğu dövrdə Rusiya ilə bağlı səhv siyasət yürütdüyünü etiraf etmişdi.