Alı Qocayev Samuxda “Çin səddi” çəkdirib-VİDEO+FOTO

Əsas Manşet ÖLKƏ
Spread the love
Samux rayonunda Alı Qocayevin yaratdığı süni birokratiya, rəhbəri olduğu aqrar rayonun kənd təsərrüfatı sahəsinə vurduğu ziyan yerli sakinləri hələ də narahat etməkdədir. Adıkeçən başçının bu rayona gəlişindən bəri narazılığın həddi azalmır, əksinə artmaqdadır.
“Dünyanınsəsi.Az”-ın bildirdiyinə görə, icra başçısı uzun illərdir ki, rayonda saysız-ölçüsüz torpaq sahələrini qəsb etməklə özünə parniklər, bir neçə mülklər tikdirib, rayonun daxili imkanlarından və texnikalardan istifadə etməklə 10 hektarlarla ərazidə əkin edib və bağlar saldırıb.
Daxil olan yeni şikayətə görə, hələ 2019-cu ildə bir sakin tərəfindən ifşa edilən Alı Qocayev durmaq bilmir, o özünü xalqa qulluq etməli olan məmurdan daha çox biznesmen-fermer kimi aparır. Samux rayonu ərazisində istər dövlət fond torpaqları, istərsədə bələdyyə mülküyyətinə xas olan  bütün yararlı torpaqlar Alı Qocayevin şəxsi maraqları çərçivəsində biznes mənbəyi kimi stifadə olunur.Bu rayonda sahibkardan tutudun adi kəndliyə kimi icra başçısının talançılığından fəryad qoparır.Əhalinin yerlərdə olan problemləri günü-gündən dərinləşərək lap pik həddə çatıb.

“Kanal13”-də illər əvvəl yayımlanan videomaterial da söhbətin əslində nədən getdiyinə aydın işıq salır.
Şikayətçi sakinlər bu ilin də ağır keçəcəyini düşünərək rayonda müvafiq araşdırmalar aparılmasının tərəfdarı olduqlarını bildirirlər. Bəlkə, bu yolla Alı Qocayev və qeyrilərinin rayonda yaratmış olduqları əngəllərdən qurtulmağa ümid edirlər.
Kürün Samux rayon ərazisindən keçən hissəsində “Daşlı Burun” kimi tanınan  massivdə məskunlaşan Kəlbəcərli Köçkünlər əkmiş olduqları 130 ha taxıl sahələrini Alı Qocayevin rayonda sağ əli kimi tanınan  Xətaim Cəfərov tərəfindən suvarılmasına maneçilik törədilir. Bu da Kəlbəcərli köçkünlərinə qarşı ayrıseçkilik olmaqla onların  haqlı narazılıqlarına səbəb olub.Bu rayonda vətəndaş-məmur münasibətləri ancaq  rüşvətlə tənzimlənir, yoxsa hara kimə şikayət edirsən et.
Dövlət başçısı həmişə çıxışlarında ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətlərinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayır. Prezident daim qeyd edir ki, məmurlar xalqın xidmətçisi olduqlarını unutmamalıdırlar:  “Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Biz bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq. Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir”.Cənab Alı Qocayevə xatırlatma edək ki, Prezident İlham Əliyev öz prinsipial mövqeyini  hər zaman ortaya qoyur və bəzən yekəxanalığa yol verən, təkəbbür sərgiləyən məmurlarla bağlı  vaxtaşırı lazımi tədbirləri  görür.
Müharibədən yeni çıxmış ölkənin sahibkarı taxıl sahəsini  icra başçısının maneçiliyi sayəsində suvara bilmirsə kimə və hara şikayət edəsən? Bəlkə cənab başçısının diqqətinə çatdıraq ki, Prezident İlham Əliyev sizə deməyib ki, gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun???  Prezident  sizə deməyib ki, gedin  hektarlarla  torpaq sahələrini acgözcəsinə qamarlayıb  “Çin səddi” çəkdirəsiniz?
Dünyanınsəsi.Az olaraq Samux rayon İHB-nın mövqeyinidə dərc edə bilərik.
Dünyanınsəsi.Az