
Ali Baş Komandan Tehran Mənsimovu da təltif edib
Spread the love
Prezident İlham Əliyevin bu gün təltif etdiyi hərbçilər arasında Vətən Müharibəsində xüsisi fərqlənmiş Naxçıvan Əlahiddə Ordunun xüsusi təyinatlılarının komandiri, polkovnik Tehran Mənsimov da var.
“DünyanınSəsi” xəbər verir ki, polkovnik T.Mənsimov “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
Qeyd edək ki, əvvəlki təltif siyahılarında Tehran Mənsimovun adının olmaması sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.