“Airthings Masters”: Teymur Rəcəbov finalda Levon Aronyanı məğlub etdi

Əsas Manşet ÖLKƏ
Spread the love

Teymur Rəcəbovla Levon Aronyan arasında keçirilən “Airthings Masters” turnirində ikinci final oyununun üçüncü partiyası heç-heçə başa çatıb.

Dünyanınsəsi.Az  bildirir ki, bu nəticə qara fiqurlarla çıxış edən Azərbaycan şahmatçısını tam qane edib. Matçda hesab 2:1 Rəcəbovun xeyrinə olub və artıq dördüncü partiyanı keçirməyin heç bir mənası yoxdur, çünki hesab 2:2 olsa belə, yekun qələbə Teymurun olacaq. Xatırladaq ki, dünən qrossmeysterimiz Aronyanı 2,5:1,5 hesabı ilə məğlub edib.

Turnirin qalibi olan Teymur Rəcəbov 60 min dollar qazanıb və sentyabr ayında keçiriləcək Champions Chess Tour-un böyük finalına vəsiqə qazanıb.

**20:18

Teymur Rəcəbov «Airthings Masters» onlayn turnirinin ikinci final gününün ikinci partiyasını da qələbə ilə başa vurub.

Virtualaz.org bildirir ki, şahmatçımız ağ fiqurlarla oynayıb və Aronyanı təslim olmağa məcbur edib. Hesab 1,5:0,5 Teymurun xeyrinədir. Qalan iki partiyada finalı qazanmaq üçün ona yarım xal toplamaq kifayətdir.

Qeyd edək ki, Teymur Rəcəbovla Levon Aronyan arasında ikinci final gününün ilk partiyası heç-heçə başa çatıb.

**13:11

Bu gün “Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn keçirilən “Airthings Masters” turnirinin final mərhələsinin həlledici matçı keçiriləcək.

Virtualaz.org bildirir ki, final mərhələsinin ikinci matçında Azərbaycan şahmatçısı Teymur Rəcəbov yenə ermənistanlı Levon Aronyanla mübarizə aparacaq.

Ötən gün baş tutan birinci matçda şahmatçımız rəqibini 2,5:1,5 hesabla məğlub edib. İlk üç partiyanı heç-heçə edən təmsilçimiz dördüncü partiyada rəqibi üzərində inamlı qələbə qazanıb.

Xatırladaq ki, “Airthings Masters” turnirinin seçmə mərhələsini 6 xalla beşinci yerdə başa vuran Teymur Rəcəbov dörddəbir finalda Rusiya təmsilçisi Yan Nepomnyaşinə, yarımfinalda bu ölkənin digər şahmatçısı Daniil Dubova qalib gəlib.

Turnir bu gün başa çatacaq. Yarışın ümumi mükafat fondu 200 min ABŞ dollarıdır. Qalib 60 000 ABŞ dolları qazanacaq.