Aİ üzvlərindən Rusiyadan tədarük kəsiləcəyi halda qazı bölüşməyi tələb edir

DÜNYA Hit
Spread the love

Avropa İttifaqı Rusiyanın qaz təchizatını kəsəcəyi təqdirdə üzv ölkələrdən qazı bölüşməyi tələb edir.

“Report” xəbər verir ki, bu barədə İspaniyanın “El Pais” nəşri məlumat yayıb.

Qeyd olunur ki, Moskva qazın pulunu rublla ödəməkdən imtina etdiyinə görə artıq Polşa və Bolqarıstana tədarükü dayandırıb, digər avropalı müştəriləri də eyni addımı atmaqla hədələyir.

Məlumata görə, Avropa Komissiyası enerjiyə qənaət planını mayın 18-də təsdiq etməyi planlaşdırır.

Brüssel xəbərdarlıq edib ki, fövqəladə vəziyyətdə tədarük mənbələrinə malik olanlar, İspaniya kimi öz qazını zərər çəkən ölkələrlə bölüşməlidir.

Martın sonunda Rusiya Prezidenti Vladimir Putin qazın haqqının avro ilə deyil, yalnız rublla ödənilməsi barədə sərəncam imzalayıb