Aİ-nin sərhəd müşahidəçiləri İrəvana gəldi

Əsas Manşet HADİSƏ
Spread the love

Bu gün Aİ müşahidəçilərinin qabaqcıl qrupu İrəvana gəlib.

Dünyanınsəsi.Az xəbər verir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar öz “Twitter” səhifəsində yazıb:

“27 üzv dövlət Ermənistanın müraciətinə cavab vermək üçün sürətlə hərəkətə keçdi. Aİ-nin missiyasının yerləşdirilməsinin məqsədi vəziyyəti izləmək və Ermənistan və Azərbaycan arasında münasibətlərin sabitləşməsinə kömək etmək olacaq”.