Ağdam sakini polis baldızını dələduzluqda ittiham edir-VİDEOŞİKAYƏT

Manşet ÖLKƏ
Spread the love

Gəncə “ASAN xidmət” mərkəzində ümumvətəndaş pasportlarının və şəxsiyyət vəsiqələrinin verilməsi şöbəsində işləyən Baş Pasport ,Qeydiyyat və Miqrasiya İdarəsinin əməkdaşı polis serjantı Əliyeva Tünzalə Faiq qızı vətəndaşlara qarşı  dələduzluq etməkdə ittiham edilir.
Bu haqda Dünyanınsəsi.Az saytına Ağdam şəhər sakini Qasımov Nemət Kamil oğlu tərəfindən göndərilmiş olan videoşikayətdə qeyd edilir.
Belə ki, əslən Gədəbəydən olan və hazırda Gəncə şəhərində yaşayan Atlas və baldızı Sevinc xanım övladlarını Gəncə “ASAN xidmət” mərkəzində işə düzəldilməsi üçün polis serjantı Əliyeva Tünzalənin toruna düşüblər. Şikayətçinin iddiasına görə polis serjantı Tünzalə Əliyeva Gədəbəyli sakinlərin mobil telfon nömrələrini ona verərək bildirib ki,get onlarla görüş və onlardan 18300 manatı al gətir.Ağdam sakinidə sözügedən vətəndaşlarla görüşərək Gəncə şəhəri 3 sayli dövlət notariat kontorunda rəsmi borc kimi deyilən məbləği alaraq polis serjantı Əliyeva Tünzalə Faiq  qızına verir.Bu günə kimi Atlas və baldızı Sevinc xanımın övladları nə Gəncə “ASAN xidmət” mərkəzində işə düzəlib, nə də ki, yuxarıda qeyd edilən məbləği ala biliblər.
Redaksiya olaraq inaırıq ki, Ağdam sakinin şikayəti hüquq-mühavizə orqanları tərəfindən araşdırılaraq vətəndaşlardan alınmış olan pul vəsaitləri geri qaytarılacaqdır.

Ağdam sakinin səsləndirdiyi iddialara DİN-dən AÇIQLAMA

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş  leytenantı Eşqin Qasımov:
 “Vətəndaş Nemət Qasımovun DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə  bilavasitə tabe olan Gəncə “ASAN xidmət” mərkəzi üzrə regional qrupunun kiçik inspektoru, polis baş serjantı Tünzalə Əliyeva haqqında iddiaları həqiqətə uyğun deyil və böhtan xarakterlidir. Məlumat üçün qeyd edim ki, bir neçə vətəndaş Gəncə şəhər Baş Polis İdarəsinə müraciət edərək Nemət Qasımovun onların övladlarını DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə  bilavasitə tabe olan Gəncə “ASAN xidmət” mərkəzi üzrə regional qrupuna operator vəzifəsinə düzəldəcəyini vəd edərək, həmin şəxslərdən ümumilikdə 40.000 manata yaxın pulu etibarlarından sui-istifadə edərək dələduzluq yolu ilə mənimsədiyini bildiriblər.  Həmin müraciətlər əsasında N.Qasımov barəsində Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində araşdırmalara başlanılıb. İstintaq zamanı N. Qasımov özünü təqsirli bilərək törətdiyi cinayət əməlini etiraf edib. Onun barəsində toplanan istintaq materialları aidiyyəti üzrə Bərdə rayon prokurorluğuna göndərilib. Bundan başqa polis baş serjantı Tünzalə Əliyeva ilə bağlı müvafiq araşdırmalar aparılmış və onun barəsində dərc edilən iddialar öz təsdiqini tapmamışdır”.

 

Dünyanınsəsi.Az