Ağ Ev üçün “təhlükəli düşmən” obrazı: Bu, ABŞ-ın mövcudluğunda önəmli faktordur

DÜNYA Manşet
Spread the love

Ağ Ev ABŞ-ın maraqları tələb edəndə yeni “düşmənlər” yaratmaqdan belə, çəkinmir… Hətta bəzən yeni “düşmən” obrazının ABŞ-ın müttəfiqlərindən hansınınsa, üzərinə yüklənməsinə də təsadüf edilir…

Dövlətlərarası münasibətlərin qəliz proses olduğu qətiyyən şübhə doğurmur. Çünki bu prosesdə kimin dost, kimin rəqib, kimin isə düşmən olduğu mütləq anlayış xarakteri daşımır. Və hansı dövlətin nə zaman dost, nə zaman düşmən statusunda çıxış edəcəyi situasiyaya bağlı faktordur.

Əslində, beynəlxalq siyasət məkanında dost anlayışı önəmli faktorlardan biri sayılır. Hər bir dövlətin dosta ehtiyacı olur. Sadəcə, “dost” anlayışı bu məkanda fərqli məzmunda qəbul olunur. Xüsusilə də, dövlətlərin beynəlxalq siyasət məkanındakı təsir gücü dost qavramına fərqli məzmun yükləyir.
Böyük dövlətlər “dost ölkə” statusunu özlərinin maraqlarının reallaşmasına dəstək və fayda verən dövlətlərə aid edirlər. Və belə “dost ölkə”lərin nəhənglər ilə münasibətləri sadəcə, birtərəfli olur. Yəni nəhəng dövlətlər “dostlar”ının maraqlarına elə bir ciddi əhəmiyyət vermirlər, onları sadəcə, öz maraqlarının reallaşdırılması prosesində itaətkar iştirakçı rolunda görürlər.
Ancaq qarşılıqlı münasibətləri nisbətən “isti” olan bəzi dövlərlərin əməkdaşlığı müttəfiqlik statusuna da yüksələ bilir. Belə ölkələr adətən, beynəlxalq siyasət məkanında təxminən oxşar təsir gücünə sahib olurlar. Və müxtəlif vaxtlarda müttəfiqlik münasibətləri rəqabət mərhələsinə keçə bilər.
images.jpg (40 KB)
Amma ABŞ kimi superdövlətlər öz xarici siyasət kurslarını müttəfiqlərinə istinadla deyil, məhz rəqiblərini və düşmənlərini ön plana çıxartmaqla qururlar. Və belə superdövlətlərin düşmənləri adətən, dəyişmir, hər zaman sabit qalır.
Marqlıdır ki, bu reallıq ABŞ-ın timsalında daha qabarıq şəkildə ortaya çıxır. Məsələ ondadır ki, ABŞ onilliklər ərzində keçmiş SSRİ-ni özünə düşmən hesab edib. Dünyanın idarə edilməsi prosesini də öz düşmənləri üzərindən Qərbdə yaratdığı qorxu sayəsində yönləndirib. Və bu məsələdə də kifayət qədər uğur qazana bilib.
Keçmiş SSRİ-nin dağılmasından sonra da Ağ Evin bu siyasətində hər hansı ciddi dəyişiklik baş verməyib. Sadəcə, dağılmış SSRİ Rusiya ilə əvəzlənib və bu sıraya bir də Çin əlavə olunub. Və digər Qərb dövlərlərinin də məhz ABŞ-ın düşmənlərinin qarşısında yer almasına cəhd göstərilir.
Ağ Ev bu siyasətinə yenə də sadiq qalmaq niyyətində olduğunu sezdirməkdədir. Belə ki, ABŞ-ın xarici siyasət kursunun müəyyənləşdirilməsində xüsusi rol oynayan üç kəşfiyyat-araşdırma mərkəzi 2020-ci il üçün hesabatlarını açıqlayıb. Həmin hesabatlara görə, ABŞ-ın özünə əsas beynəlxalq düşmən olaraq, gördüyü dövlətlər müəyyən edilib.
Картинки по запросу "Rusiya, Çin"
Maraqlıdır ki, Ağ Ev üçün ABŞ-ın beynəlxalq düşmənlərinin sırası dəyişməyib. Həmin “düşmənlər siyahısı”nın ilk sıralarında yenə də Rusiya və Çin yer alır. Hesabatın müəllifləri hesab edirlər ki, ABŞ-a qarşı hərbi təhlükə vəd edən əsas dövlətlər kimi məhz Rusiya və Çin ön planda tutulmalıdır. Hesabatda Rusiya və Çindən sonra ABŞ-a qarşı ən ciddi hərbi təhlükə mənbəyi kimi Şimali Koreya, İran və Kubaya diqqət yetirilməsi məsləhət görülür.
Göründüyü kimi, Ağ Evin düşmən hesab etdiyi dövlətlərin sırasında birmənalı şəkildə ABŞ-ın maraq və mənafe ziddiyyətləri yaşadığı ölkələr yer alır. Və ABŞ dünyanın müxtəlif bölgələrində bu dövlətlərlə qarşıdurma vəziyyətindədir.
Rusiya ilə ABŞ-ın qarşıdurması dünyanın daha geniş coğrafiyasına yayılmış durumdadır. Belə ki, ABŞ-ın strateji maraqları Rusiya ilə həm Şərqi Avropa, həm də MDB məkanında kəskin şəkildə toqquşur. Kreml bu iki məkanı özünün nüfuz dairəsinə aid olan bölgələr hesab edir.
Hələ keçmiş SSRİ dövründən Kreml üçün bu iki region Rusiyanın siyasi iradəsinin mübahisə doğurmadığı bölgələr sırasına daxil olub. Və Kreml son illərdə Rusiyanın mövqeləri nisbətən zəifləsə də, bu regionları öz təsir dairəsində saxlamağa çalışır.
Картинки по запросу "abş-rusiya münasibətləri"
Çünki bu regionlar Kreml üçün həm də Rusiyanın sərhəd təhlükəsizliyi baxımından, tampon regionlar rolunu oynayır. Və heç bir halda, bu tampon bölgələrin beynəlxalq rəqiblərin nəzarətinə keçməsinə imkan vermək istəmir.
Ağ Ev isə bunun tam əksinə davranmağa çalışır. Belə ki, ABŞ Rusiyanı təhlükəsizlik tamponu hesab olunan bu regionlardan məhrum etməyə can atır. Əsas məqsəd isə Rusiya sərhədləri ətrafında hərbi bazalar yerləşdirməklə və həm Şərqi Avropa, həm də MDB dövlətlərini özünə yaxınlaşdırmaqla, Kremli küncə sıxışdırmaq, manevr imkanlarını və coğrafiyasını daraltmaqdır.
Yəni, ABŞ üçün Rusiyanın öz sərhədləri içərisinə qapadılması ən sərfəli variant hesab olunur. Son illərdə Rusiyanın ABŞ-a Suriya poliqonunda da kifayət qədər problemlər yaratmaqda olduğunu nəzərə aldıqda, bu variantın Ağ Ev üçün nə qədər önəmli olduğu ortaya çıxmış olur. Ancaq belə bir variantın reallaşıb-reallaşmayacağı hələ uzun müddət davam edəcəyi ehtimal olunan qarşıdurmanın nəticələrinə görə aydınlaşmağa başlayacaq.
Çinə gəldikdəsə, rəsmi Pekin ABŞ-a perspektiv üçün ciddi problem hesab olunur. Belə ki, Çin iqtisadiyyatı yüksək intensivliklə böyüməkdədir. Hərbi cəhətdən də ciddi şəkildə inkişaf etməkdə olan Çinin 2030-cu ilə qədər ABŞ-ın əsas superdövlət statusuna ortaq ola biləcəyi ehtimal olunur. Və Ağ Ev bu ehtimalın vaxtında qarşısının alınmasına can atır.
Картинки по запросу "abş-şimali Koreya"
Şimali Koreyaya gəldikdəsə, bu dövlət ABŞ üçün proqnozlaşdırılması ən çətin olan ölkə sayılır. Yəni rəsmi Pxenyanın nə vaxt, nə edəcəyi ən müəmmalı məsələlərdəndir. Belə ki, Şimali Koreya ABŞ-ı adətən, raket zərbələri ilə hədələməyə vərdişlidir. Və Şimali Koreyanın uzaqmənzilli raketləri ABŞ-ın bir neçə nəhəng şəhərini hədəfə almağa qadirdir.
Eyni problemlər ABŞ-İran münasibətlərində də yaşanır. Belə ki, rəsmi Tehran Ağ Evlə kəskin qarşıdurma vəziyyətindədir. İranlı generalın avtomobilinə raket zərbə endirilməsiylə bu qarşıdurma özünün ən yüksək həddinə çatıb. Çünki İran da bunun qarşılığında ABŞ-ın İraq və Suriyadakı hərbi bazalarına raket zərbələri endirib. Və hazırda bu iki dövlət arasındakı münasibətlər kəskin düşmənçilik məzmunu daşımaqla yanaşı, savaş ərəfəsindəki vəziyyəti xatırladır.
Картинки по запросу "ABŞ xarici düşmən"
Göründüyü kimi, Ağ Ev üçün ABŞ-ın düşmənləri sırasına daxil edilmiş dövlətlər kifayət qədər təhlükəli perspektivlər vəd edirlər. Halbuki Ağ Ev adətən, analoji situasiyalardan ABŞ-ın mənfəətləri çərçivəsində ustalıqla yararlanmaq vərdişlərinə də sahibdir.
Məsələ ondadır ki, ABŞ özünün beynəlxalq hədəflərinin reallaşdırılması prosesini “xarici düşmən” anlayışından qidalandırmağı bacarır. “Xarici düşmən” ABŞ-ın ayaqda qalması üçün önəmli faktorlardan biri sayılır.
Hətta bu, o qədər əhəmiyyətli faktor hesab olunur ki, Ağ Ev ABŞ-ın maraqları tələb edəndə yeni düşmənlər yaratmaqdan belə, çəkinmir. Bəzən hətta yeni düşmən obrazının ABŞ-ın müttəfiqlərindən hansınınsa, üzərinə yüklənməsinə də təsadüf edilir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert