ADAU-DA REKTORLUQ UGRUNDA SAVAŞDA HANSI NAZİRLİK QALİB GƏLƏCƏK?

Əsas Manşet ÖLKƏ
Spread the love

İnam Kərimovun Azərbaycan Respublikasının Kənd Təsərrüfatı  naziri vəzifəsinə təyin olunması cəmiyyətdə çox güclü maraqla qarşılansa da bir müddət keçəndən sonra məlum oldu ki, bu adam aqrar sahəni anlamır və bu sahədən tam xəbərsizdir. Şəki rayonunda ipəkçiliyin inkişafı ilə bağlı tədbirdə İnam Kərimov baramanı təqdim edənlərdən soruşur ki,Siz baramanı gündə neçə dəfə suvarırsınız? Təqdim edən şəxslər isə deyib ki, cənab Nazir, barama yemləndirilir, suvarılmır. Göründüyü kimi, nazir baramanın yemləndirilməsi və ya suvarılması məsələsindən bixəbərdir.

İnam Kərimov aqrar sahəyə nabələdliyi ilə  illərlə  aqrar  sferada formalaşan kadr korpusunu tamamilə məhv etdi. Özü ilə ASAN  Xidmətdə  çalışan tarix, ədəbiyyat müəllimlərini, özünün  dost-aşnalarını  Kənd Təsərrüfatı Nazirliyində və xüsusilə də, bütün rayonların Aqrar İnkişaf  Mərkəzlərinə direktor vəzifələrinə  işə götürdü.

İnam Kərimov özünün tarix müəllimi olan dostunu baytarlıq idarəsinə rəis  təyin edib. Bir soruşan yoxdur ki, Cənab Nazir, tarix müəllimi hara, baytarlıq idarəsi hara..?

Eynən bunu kimi, özünün saxta maliyyə məsələlərinin və bir çox yeyinti layihələrinin üzərini ört-basdır etmək məqsədilə tez-tələsik öz yaxın qohumu olan Zəfər Qurbanova da Azərbaycan Dövlət Aqrar Üniversitetinin rektoru vəzifəsini həvalə etdi. Zəfər Qurbanov texnika elmləri namizədidir, neft sənayesi üzrə mütəxəssisdir. Zəfər Qurbanov aqrar sektora, onun istehsalat həyatına tanış sima deyil, aqrar sahədən heç bir məlumatı olmayan yad bir adamdır. Bu adam elə hesab edir ki, aqrar sahə və kənd təsərrüfatı sahəsi başqa-başqa məfhumlardır.

Bunlar əyani sübutdur ki, İnam Kərimov ixtisas sahibləri olan mütəxəssisləri yox, güclü yerlibazlıq edərək yaxın qohum və əqrabasını  müvafiq strukturlara yerləşdirir.

Eləcə də bu günlərdə Əhməd Məlikov ADAU-ya tədris işləri üzrə prorektor təyin olundu. Əhməd Məlikov Azərbaycan Texnologiya Universitetində müəllim işləyirdi. Xəmir qarışdıran qurğu üzrə müdafiə edib, aqrar sahənin mütəxəssisi deyil. Bu adam Azərbaycan Texnologiya Universitetinin keçmiş rektoru Telman Məlikovun qardaşıdır. Telman Məlikovun kürəkəni Elnur Əliyev isə Mikayıl Cabbarovun ən yaxın adamıdır, onun birinci müavinidir.

 

Mikayıl Cabbarov                                                      Telman Məlikov

               

 

Elnur Əliyev                                                                              İnam Kərimov

                       

 

Son dövrlərdə ADAU-da 3 dəfə olan ölkə Prezidenti universitetdə nümunəvi tələbə evi, nümunəvi tədris korpusu, nümunəvi maddi-texniki baza  yaratdı. Zəfər Qurbanov isə aqrar universiteti nəinki regionda, hətta beynəlxalq səviyyədə tanıtmaq  əvəzinə  universiteti müxtəlif məmurların təsiri altına saldı. Digər tərəfdən universitet həm də Tədris hissəsinin müdiri Elay Zeynallı, Elm  şöbəsinin müdiri Elçin Nəsirov, Keyfiyyətin Təminatı və strateji inkişaf şöbəsinin müdiri Mehman Kərimovun hegemonluğuna keçib. Bu şəxslər heç bir elmlər doktorunu, heç bir professoru saymır, öz bildiklərini edirlər. Zəfər Qurbanov isə daxili nəzarət şöbəsinə Kamran adlı bir şəxs təyin edib. Bu adam tələbələrin davamiyyətini yoxlamır,əllərində jurnal professor – müəllim heyətini yoxlayır.

Bu gün Aqrar Universitetdə pislə yaxşının, savadlı ilə savadsızın yeri bilinmir. Vəzifələrə dərəcəsi olmayan adamlar təyin olunur. Bu günlərdə “Əkinçilik, genetika və seleksiya” kafedrasına keçirilən kafedra müdiri seçkisində aqrar elmləri doktoru, professor Nizami Seyidəliyev kənarlaşdırılaraq bu sahəyə tamamilə yad olan, Şəmkir rayonunun sabiq icra başçısı Aslan Aslanovun bacısı qızı Aynur Həsənovanı müdir seçdi. Aynur Həsənovanın anası Ema Aslanova Gəncə Dövlət Universitetinin kafedra müdiridir. Onun dərsləri kafedranın digər müəllimləri tərəfindən tədris olunub, bu xanım latın əlifbası ilə yaza bilmir. Bu gün universitetdə tələbədən rüşvət yığan, müəllimliyə belə ləkə olan şəxslər vəzifələrə təyin olunur. Aqrar Universitetdə quşçuluq təsərrüfatı məhv edilmək üzrədir. Universitetin parnik təsərrüfatı ləğv olunub. Zəfər Qurbanov heyvandarlıq təsərrüfatında heyvanların sayının azaldılması haqqında da göstəriş verib. İxtisasları bağlayır, tələbələrin sayını aşağı salır. Bu da Cənab Prezidentin iqtisadi inkişaf konstektində apardığı kadr siyasətinə böyük zərbədir  və onun Sərəncamına  hörmətsizlikdir.

Zəfər Qurbanovun ADAU-ya rektor əvəzi təyin olunduğu gündən nəzərə çarpacaq bir fəaliyyəti  olmamışdır. Hər gün iclas keçirir və bu 4-5 saatlarla davam edən mənasız iclasların hamısında yalnız özü danışır, özünü tərifləyir. Zəfər Qurbanov ancaq tələbələrlə görüşür, professor-müəllim heyəti ilə normal bir görüşü olmayıb.

Əhməd Məlikov isə Qəmbər Abdullayevin, Nurəddin Məmmədovun, Texnologiya Universitetinin sabiq rektorundan gecə-gündüz ora-bura donos yazan Azər Allahverdiyevin yaxın dostudur. Onun da  heç bir qabiliyyəti yoxdur, olsa idi Texnologiya Universitetində ona vəzifə verərdilər.

Zəfər Qurbanov İnam Kərimovun kadrıdır. Əhməd Məlikov isə Mikayıl Cabbarovun kadrıdır. Hər ikisini məqsədi rektor olmaqdır. Rektorluq uğrunda mübarizə gedir, savaş gedir. “İki qoçun başı bir qazanda qaynamaz” deyib atalar… Amma İnam Kərimov  tədbirdə vəzifədən qovulan mədəniyyət naziri ilə birgə onlara bildirilməsinə baxmayaraq Respublika Prezidentinin stolunda oturaraq öz siyasi kursuna zərbə vurdu. Ona görə də rektorluq uğrunda mübarizədə Zəfər Qurbanovu müdafiə etmək iqtidarında deyil, bu savaşda Mikayıl Cabbarovun kadrı olan Əhməd Məlikovun qalib gələcəyi açıq-aydın görünür. Hətta artıq Əhməd Məlikov Göygöl  rayonunda Gilavar restoranında dostları ilə yeyib içərkən,Zəfər Qurbanovun qatarının getdiyini bildirmiş və bunu süfrə arxasında tostlarla qeyd etmişlər.

Lakin hər iki namizəd aqrar sahəyə tamamilə yad olduğundan yüksək ixtisaslı, aqrar sahəni dərindən bilən professor-müəllim heyətinə malik bir universiteti idarə etmək qeyri ixtisas sahibi üçün böyük çətinliklər törədir.

Mərhum akademik Cəlal Əliyevin dediyi kimi torpaqda yetişib, torpaqda  böyüyən ən azından elmlər doktoru, professorlar bu universitetdə çalışıblar. Ona görə də aqrar sahəni dərindən bilən mütəxəssslər bu universiteti inkişaf etdirə bilər.                                 ADAU-da magistr, bakalavr, yüksək  ixtisaslı elmlər doktoru, fəlsəfə doktoru hazırlanırsa, ən azından bu universitetə  aqrar sahəyə tam bələd olan şəxsin rəhbərlik etməsi daha münasibdir.

Seyid Cəfər  Pişəvəri  adına  humanitar gimnaziyanı bitirib fars dili mütəxəssisi olan, daha sonralar  Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirərək beynəlxalq hüquq üzrə mütəxəssis olan İnam Kərimov  aqrar sahəyə necə zərbə vurursa, onun yaxın qohumu, neft sənayesi üzrə mütəxəssis olan Zəfər Qurbanov da, ADAU-nu elə məhv edir. Aqrar  sahə çox spesifik sahədir, bu sahəni idarə etmək üçün illərin təcrübəsi lazımdır, yəni akademik Cəlal Əliyevin ifadəsi ilə desək,  idarə edən mütəxəssis “asfaltda yox, torpaqda doğulmalıdır”.

Ümid edirik ki, ölkə rəhbəri bu universitetin   aqrar sahədən tamamilə məlumatsız   şəxslərə həvalə etməsi haqqında ciddi bir tədbir görəcəkdir.

                                                         Hörmətlə,

                                                         Azərbaycan Dövlət Aqrar Universitetinin      

                                                         professor müəllim heyəti adından

                                                         professor  Qurban Əliyev  və başqaları

İddia olunanlarla bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq…

Dünyanınsəsi.Az