ADAU-da rektor dəyişsə də,idarəçilikdə heç bir dəyişiklik yoxdur.Necə deyərlər,köhnə hamam,köhnə tas…

Manşet REDAKSİYA SEÇİMİ
Spread the love

ADAU-nin Daxili Nəzarət şöbəsinin müdiri Namiq Cəfərov sabiq rektor İbrahim Cəfərovu necə idarə edirdisə indidə rektor əvəzi Zəfər Qurbanovu idarə edir.

Çox maraqlıdır ki, Namiq Cəfərov 2018-ci ildən nazir İnam Kərimovun təşəbbüsü ilə ADAU-nin Daxili Nəzarət şöbəsinə müdir təyin edilib. Təyinatından indiyə qədər Namiq Cəfərov sabiq rektor İbrahim Cəfərovla birlikdə şərikli biznesləri olmuşdur. Hətta mexanizasiya korpusunun qardrovunu ləğv edərək orada kafe açaraq Namiq Cəfərovun idarəsinə vermişdir.

Bundan başqa sabiq rektorla əkinçilik və digər biznesləri belə olmuşdur. Rektor əvəzi təyin olunan Zəfər Qurbanov təyin olunan gündən bu günə qədər Namiq Cəfərov, Zəfər Qurbanovun yanında gəzir və ADAU-nin idarəçiliyində fikirlərini diktə edir.

Zəfər Qurbanov Basarkeçər rayonunun Qanlı kəndindən olduğu kimi Namiq Cəfərovda Basarkeçər rayonunun Qanlı kəndindəndir.

ADAU nin proffessor müəllim heyyətinin bildirdiklərinə görə Zəfər Qurbanovla, Namiq Cəfərov yaxın qohumdurlar. Yaxın qohumluq əlaqələrinə görədə rektor əvəzi bütün məsələri Namiq Cəfərovdan məsləhət alır. Bu qohumluq əlaqəsindən istifadə edərək Namiq Cəfərov ADAU nun tələbə qəbulu üzrə məsul katibi Telman Musayevə 1 noyabır peşə bayramı münasibəti ilə fəxri ad verdirmək istəyir. Telman Musayev bu günə qədər tələbə qəbuli ilə bağlı bir çox maxinasiyalar edərək universitetə qanunsuz tələbə qəbul etmişdir. Hətta bir müddət əvvəl Dövlət İmtahan Mərkəzinin nüfuzunu ləkələməyi və DİM də işləyən bir qurup vəzifəlilərlə əlbir olaraq universitetə tələbə qəbullarında maxinasiyalar edərək külli miqdarda pul əldə etməsi barədə mətbuatda məqalələr və şikayyətlər dərc olunmuşdu. Hətta sabiq rektor İbrahim Cəfərov rüşvət və qanunsuz qəbulla bağlı Telman Musayevi işdən azad etmək isdəsədə Namiq Cəfərovun təkidi ilə vəzifədə qalmışdır. ADAU nə heç bir əməyi keçməyən Telman Musayevə fəxri adın verilməsində Namiq Cəfərov yaxın qohumu rektor əvəzi Zəfər Qurbanova təkitlə Telman Musayevə fəxri adın verilməsini istəyir

.

Biz ADAU-nin professor müəllim heyyəti olaraq inanırıq ki bu ədalətsiz yanaşmaya Nazir İnam Kərimov və rektor əvəzi Zəfər Qurbanov dur deyəcək

ADAU nin professor müəllim heyyəti

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Turantv.az