Abxaziyada gürcülərə qarşı etnik təmizləmə – “Baqramyan” batalyonu soyqırım törədib

HADİSƏ Hit
Spread the love
Bir müddət əvvəl Gürcüstan mediasında məşhur jurnalist Qiqi Kalandadze tərəfindən “Baqramyan” batalyonunun döyüşçüsünün xatirələrindən bir hissə paylaşılmışdı. “Baqramyan” batalyonu gürcü-abxaz müharibəsi zamanı gürcü əhalisinə qarşı törətdikləri vəhşiliklər, dinc əhaliyə qarşı olan qəddarlığı ilə seçilirdi. Bu batalyonun döyüşçüləri yüzlərlə dinc insanı amansızlığla qətlə yetirmiş, ağlasığmaz işgəncələr etmişdir.
Onu da qeyd edək ki, Ermənistan höküməti hələdə “Baqramyan” batalyonunun 1992-1993-cü illərdə gürcü-abxaz müharibəsi zamanı törətdiyi cinayətlər barəsində heç bir açıqlama verməyib.
Kalandadzenin istifadə etdiyi gürcü-abxaz döyüşlərinə həsr olunmuş kitabda “Baqramyan” batalyonunun döyüşçüsü ermənilərin gürcü əsgərlərin silahlarını necə oğurladıqlarından danışıb:
“Gürcülər Abxaziyada yaşayan ermənilərə güvənirdi, məndə bu güvəndən istifadə etdim. 3 litrlik qaba araq doldurub gürcü əsgərlərinin olduğu düşərgəyə getdim. Onlar mən gətirdiyim araqı içib yuxuya getdilər. Əvvəlcədən planımı danışdığım 3-4 yoldaşımı gizlicə düşərgəyə keçirtdim və biz gürcü əsgərlərin silahlarını götürüb onları elə yatdığları yerdə güllələdik. Onlar bir də oyana bilmədi. Sonra ordaki bütün silah-sursatı yığıb düşərgəni tərk elədik. Gürcülərdən götürdüyümüz silahları orda yaşayan ermənilərə payladıq və beləcə yerli erməni əhalisini silahlandırdıq. Bu bizim üçün böyük uğur idi”.
Hələ 2006-cı ildə milliyətcə abxaz olan gürcü yazar Serqi Sadjaya “Baqramyan” batalyonunun döyüşüçülərin dinc əhaliyə qarşı törətdikləri vəhşiliklərdən, cinayətlərdən yazmışdı:
“”Baqramyan” batalyonunun döyüşçüləri əsir düşmüş gürcü əsgərlərini və ya elə dinc əhalini ağaca bağlayıb, başlarına torba keçirib diri-diri yandırırdılar.
Xeyli sayıda qadınları zorlayıb sonra isə vəhşicəsinə öldürürdülər. Yaştxva kəndində gənc gürcü qız erməni ailəyə güvənib, onların evində gizlənirdi. Həmin ailə qızcığazı “Baqramyan” batalyonunun döyüşçülərinə təhvil verdi və bütün batalyon gənc qızı sıra ilə zorladı və sonda gənc qız ağlını itirib dəli oldu”.
Ermənilərin törətdikləri vəhşiliklərin şahidi olan Nodar Natadze isə bunları yazır:
“Baqramyan adına olan batalyon çox sayda cinayətlər törədib. Müharibənin sonrasında gürcü partizanlar erməni döyüşçüsünü əsir götürmüşdülər. O ağlamağa başladı və partizanlara onu öldürməmələri üçün yalvarırdı və onlar üçün her şey edə biləcəyini söyləyirdi. Sonda partizanların erməniyə yazığı gəldi və onu buraxmağa hazırlaşanda erməninin döş cibində bir balaca bağlama tapdılar. Bağlamanı açanda içindən çıxardılmış gözlər, kəsilmiş burun ve qulağlar çıxdı. Əlbəttə ki, bunlar dinc gürcülərin kəsilmiş burnu, qulağı və çıxardılmış gözləri idi, çünki o vaxt abxazlar ermənilərə öldürülmüş hər gürcü üçün 100 dollar ödəyirdilər və onlar sübut kimi öldürülmüş şəxsin kəsilmiş hansısa bir orqanını tələb edirdilər. Beləcə, erməni döyüşçünün “Baqramyan” batalyonundan olduğu məlum oldu”.
Bu hadisələrin şahidi olan German Beseliye yazır:
“Çox insan öz ev-eşiklərini atıb getmək istəmirdi, çünki çoxunun evində yataq xəstələri var idi. Erməni döyüşçüləri Marxeuli kəndinə qirib gürcülərə divan tutmağa başladı. Mənim qonşum samanların içinə gizlənməyi bacardı lakin ermənilər bunu gördü ve samana benzin töküb yandırdılar ve kənarda dayanıb arvadın necə yandığına baxdılar. Hər kəsin gözünün qabağında yaşlı gürcü qadının başını balta ilə kəsdilər. Onlar gürcülərə qarşı çox qəddar idilər”

Gürcülərə qarşı etnik təmizləmə və qırğınlar törədilməsi Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının 19941996 və 1997-ci illərdə BudapeştLissabon və İstanbul şəhərlərində keçirilmiş sammitlərində rəsmi olaraq təsdiqlənmiş, münaqişə zamanı hərbi cinayətlərin törədilməsi qeyd edilmişdir. 15 may 2008-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul edilmiş A/RES/62/249 qətnaməsində “etnik təmizləmə qurbanları da daxil olmaqla Gürcüstanın Abxaziya bölgəsindən olan bütün qaçqınlar və məcburi köçkünlərin öz torpaqlarına geri dönmə haqqının qorunması” xüsusi qeyd edilir, həmçinin “bütün BMT-yə üzv dövlətlər öz vətəndaşlarını Gürcüstanın Abxaziya bölgəsində mülk əldə etməkdən çəkindirməyə” çağırılır. BMT Təhlükəsizlik Şurası ərazidə atəşkəsə çağıran bir neçə qətnamə qəbul etmişdir.

“Baqramyan” batalyonunun cinayətləri barədə Gürcüstanın Baş Prokurorluğunda 200 cildə yaxın cinayət işinin olduğu iddia edilir.

Dünyanınsəsi.Az