ABŞ və Avropa liderləri Rusiyanın müdaxilə təhlükəsinə qarşı birlik nümayiş etdirir

DÜNYA Əsas Manşet
Spread the love

Rusiya çərşənbə axşamı bildirib ki, ABŞ-ın Şərqi Avropada mümkün yerləşdirilmə məqsədilə 8500 hərbçini hazır vəziyyətə gətirməklə bağlı addımını “böyük narahatlıqla” izləyir.

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə Rusiyanın ABŞ-ın Rusiya-Ukrayna sərhədində böhranla bağlı gərginliyi artırmasına dair ittihamlarını təkrarlayıb.

ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynaya müdaxilə təhlükəsini müzakirə etmək üçün bazar ertəsi günortadan sonra Avropa liderləri ilə virtual görüş keçirib.

“Mən çox, çox, çox yaxşı görüş keçirdim – bütün Avropa liderləri ilə tamamilə yekdil olduq” – deyə, Bayden Avropa, Avropa İttifaqı və NATO-dan olan müttəfiq liderlərlə video vasitəsilə görüşdənhəyata sonra jurnalistlərə bildirib.

“Liderlər Rusiya tərəfindən artan düşmənçilik qarşısında beynəlxalq birliyin vacibliyi barədə razılığa gəliblər” – deyə, Böyük Britaniyanın Baş naziri Boris Consonun ofisi Baydenin qiymətləndirməsini dəstəkləyən bəyanatla çıxış edib.

Bayden ABŞ hərbi texnikasını və şəxsi heyətini Rusiyaya yaxın yerlərə yerləşdirmək barədə hələ qərar verməyib. Lakin Ağ Evin mətbuat katibi Cen Psaki Avropa rəsmiləri ilə görüşdən əvvəl deyib ki, Birləşmiş Ştatlar Rusiyaya bitişik “şərq cinahdakı müttəfiqləri həmişə dəstəkləyəcəyini bildirib”.

ABŞ-ın müdafiə naziri Lloyd Ostin 8500 ABŞ hərbçisini Şərqi Avropaya göndərilmək üçün “yüksək hazırlıq” vəziyyətinə gətirib. Onların əksəriyyəti Rusiyanın Ukraynaya müdaxiəl edəcəyi təqdirdə NATO cavab qüvvələrinin bir hissəsi kimi aktivləşdirilə bilər.

“Rusların hazırda gərginliyi azaltmaq niyyətində olmadığı çox aydındır. Buna baxmayaraq, bu, NATO müttəfiqlərimizi dəstəkləmək üçündür” – deyə, Pentaqonun sözçüsü Con Kirbi jurnalistlərə deyib.

“Liderlər, həmçinin Rusiyanın Ukraynaya qarşı növbəti təcavüzünün qarşısını almaq üçün birgə səylərini, o cümlədən bu cür hərəkətlərə görə Rusiya qarşı ciddi və ağır iqtisadi nəticələri olan qərarlar tətbiq etməyə hazırlığı, habelə NATO-nun şərq cinahının təhlükəsizliyini gücləndirməyi müzakirə ediblər” – deyə, görüşdən sonra Ağ Evin yaydığı bəyanatda qeyd edilib.

Dünyanınsəsi.Az