ABŞ təşkilatları Baydeni Putinlə dialoqa çağırdı

DÜNYA Hit
Spread the love

ABŞ-da 27 təşkilat Prezident Co Baydeni rusiyalı həmkarı Vladimir Putinlə ikitərəfli konstruktiv danışıqlara başlamağa çağırıb. Bundan əlavə, onlar Ağ Ev rəhbərinin Rusiya liderinə qarşı açıqlamalarını tənqid ediblər.

Bu barədə “The Hill” qəzeti məlumat yayıb. Məktub müəllifləri son dövrlərdə iki dövlətin başçıları arasındakı mənfi fikir mübadiləsi ilə bağlı narahatlıqlarını ifadə ediblər. Onlar, həmçinin Rusiya hökuməti ilə nüvə silahlarına dair danışıqların intensivləşdirilməsinə çağırış ediblər.

Müraciət edənlər Amerika liderinin diplomatiyanın ABŞ xarici siyasətinin mərkəzində olduğu vədini yerinə yetirməsinin lazımlığını diqqətə çatdırıblar.