ABŞ “rəngli inqilablar” düyməsinə basdı: diktaturaları nə gözləyir? – İki fərqli baxış…

Hit MÜSAHİBƏ
Spread the love

ABŞ dövlət katibindən mühüm etiraflar; Vaşinqton islahatlara  həvəsləndirmək strategiyası götürəcək; Sərdar Cəlaloğlu və Azad Məsiyevdən çarpaz mövqelər…

ABŞ dövlət katibi Entoni Blinken hesab edir ki, ABŞ-ın bahalı hərbi əməliyyatlar və ya rejimləri devirmək yolu ilə başqa ölkələrə demokratiyanı yaymaq taktikası artıq işə yaramır.

 

Amma onu da bildirib ki, ABŞ bunu başqa yolla, öz nümunəsində olduğu kimi, islahatlara və demokratiyaya həvəsləndirmək yolu ilə edəcək.

 

Yəni “rəngli inqilablar”la bağlı düyməyə basılıb. Bu, o deməkdir ki, Bayden dövründə dünyada yeni siyasi çaxnaşmalar yaşanacaq.  Sadəcə, yeni üslubda, yeni rəngdə…

 

Who is Tony Blinken? Biden taps close confidante, longtime aide for secretary of state - ABC News

Entoni Blinken

“Biz demokratiyanı bahalı hərbi intervensiyalar və ya avtoritar rejimləri güc yolu ilə devirməklə yaymayacağıq. Keçmişdə bu taktikadan istifadə etməyə cəhd etdik. Lakin xoş niyyətə baxmayaraq bu işə yaramadı”,– Blinken bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, ABŞ demokratiyanı güc yolu ilə yaymaqdan imtina etməklə çox düzgün qərar qəbul edib. Onun sözlərinə görə, Blinkenin dedikləri “çox gözəl tezisdir”, amma nəinki güc yolu ilə, eyni zamanda başqa resurslardan istifadə etməklə də nəyisə zorla suveren dövlətlərin arzusu və istəyi olmadan onlara yeritmək olmaz. Belə görünür ki, ABŞ prezidenti Cozef Bayden Donald Trampdan fərqli olaraq ölkəsinin qlobal rolunu yenidən gücləndirməyə yönəlmiş xarici siyasət aparacağını elan edib.

Mariya Zaxarova: "Qarabağ probleminin həlli çox uzandı"

Mariya Zaxarova

Bura dünyada insan haqları və demokratiyanın müdafiəsini gücləndirmək də daxildir. Amma ABŞ “qlobal polis” rolunu oynamaqdan və başqa ölkələrin işlərinə birbaşa qarışmaqdan çəkinəcək. Bu, nə deməkdir? Vaşinqton “demokratiya qılıncı”nı qınına qoyur, yoxsa taktikanı dəyişir? “Demokratiyaya həvəsləndirmək yolu” deyərkən nəyi nəzərdə tutur? Yəni hakimiyyətləri təzyiq yolu ilə islahatlara məcbur etməyə çalışacaqlar?

Dövlət katibinin açıqlamalarından o nəticə hasil olur ki, istənilən halda Bayden administrasiyası demokratiyanın ixracını dayandırmayacaq.

Sərdar Cəlaloğlu: "Qurban Məmmədov İsgəndər Həmidovu, İsgəndər Həmidov da onu agent adlandırdı" - MÜSAHİBƏ

 Sərdar Cəlaloğlu

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a bildirdi ki, Bayden administrasiyasının açıqlamasını düzgün izah etmək lazımdır. Onun sözlərinə görə, dövlət katibinin çıxışında Amerikanın Yaxın Şərq və Afrika ölkələrində hərbi müdaxiləsi ilə demokratiyanın müdafiəsindən söhbət gedir: “Bayden hökuməti hərbi müdaxilələrin dayanacağını elan edib. ABŞ Ukrayna, Gürcüstan kimi ölkələrə hərbi müdaxilə etməyib ki?! Onlar Avropaya inteqrasiya xətti götürüblər və dəyişikliklər ediblər. Söhbət ABŞ-ın ordusunun iştirakı ilə demokratiyanın yayılmasından imtinadan gedir. Məsələn, İraqa ordu yeritdi, Suriyada Bəşər Əsədi yıxmaq üçün hərbi yoldan istifadə edildi. Bu üsullardan artıq imtina olunur”.

S.Cəlaloğlu hesab edir ki, Amerika demokratiyanın yayılmasında maraqlıdır və bu yöndə fəaliyyətini davam etdirəcək: “ABŞ yenə islahatlara dəstək verəcək, vətəndaş cəmiyyəti institutlarına köməklik göstərəcək. Ona görə Bayden hakimiyyətinin açıqlamasnda hərbi müdaxilə nəzərdə tutulub. ABŞ ayrı-ayrı ölkələrdə demokratiya üçün dinc və humanitar  dəstəyini əsirgəməyəcək”.

Azad Məsiyev: “Güclü deyilsənsə…” » www.tezadlar.az

Azad Məsiyev

Siyasi analitik Azad Məsiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, ABŞ ötən illər ərzində demokratiya bayrağı altında öz məqsədlərini həyata keçirmək üçün dəridən-qabıqdan çıxıb. Onun sözlərinə görə, yeni dövlət katibinin etirafı da göstərir ki, ABŞ hökuməti ayrı-ayrı ölkələrdə xalq tərəfindən seçilmiş prezidentləri öz maraqlarına uyğun olmayanda zorakı yollarla deviribmiş.

A.Məsiyev hesab edir ki, buna misal kimi Ukraynanı göstərmək olar: “Yanukoviç xalq tərəfindən seçilmişdi, seçkilərin nəticələrini beynəlxalq təşkilatlar tanımışdı, amma o dövrdə ABŞ prezidenti olan Barak Obama bəyanatla çıxış etdi, onun legitimliyini tanımadı və beynəlxalq hüquqa zidd mövqe tutdu. Bu da bir daha təsdiqləyir ki, Amerikanın siyasi-iqtisadi maraqlarına uyğun olmayanda həmin hakimiyyətlər haqda antidemokratik rejim imici formalaşdırılır, ölkədə inqilabi şərait yetişdirilir”.

Politoloqun fikrincə, analoji proseslər digər postsovet ölkələrində və Yaxın Şərqdə də davam edib: “Paşinyan da narıncı inqilab yolu ilə hakimiyyətə gətirildi, çünki Vaşinqtona belə lazım idi. Belarus hadisələrini də nümunə göstərmək olar, sadəcə, Lukaşenkoya bata bilmədilər. Amerikanın bu siyasəti həmişə beynəlxalq hüquq normalarına zidd olub. Lakin gedişat sübut etdi ki, bu yanaşma ABŞ-ın dünyadakı imicinə mənfi təsir edir. Ona görə indi yeni taktika qəbul olunub, – güc yox, guya sakit yolla demokratiyanı yaymaq. Demokratiyanın isə bir anlamı var, o da xalqın hakimiyyətidir. Amerikanın yürütdüyü siyasət gücün üzərində qurub. Məsələn, İraqı işğal etdi, hansı hüquqa söykəndi? BMT-nin heç bir qərarı olmadığı halda bu ölkəyə qoşunlarını soxdu. Məlum oldu ki, İraqda atom bombası yox imiş, etiraf etdilər ki, kəşfiyyat onları aldadıb. İndi baxaq görək ki, yeni yanaşma nədən ibarət olacaq. Bayden administrasiyasının yeni taktikasının nə dərəcədə effektiv olacağını zaman göstərəcək”.