ABŞ nümayəndələri Suriya ilə bağlı Ankaraya gəlir

DÜNYA Hit
Spread the love

ABŞ Prezidenti Donald Trampın Suriya məsələsi üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri və ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelli Kraftın Türkiyənin paytaxtı Ankaraya gəlişi gözlənilir.

“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, hər iki nümayəndənin bu gün gecə saatlarında eyni təyyarədə Türkiyə paytaxtına çatacağı gözlənilir.

Qeyd edək ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi K.Kraft ölkəsinin İdlib məsələsində Türkiyəyə dəstək olduğunu vurğulayıb: “Hərbçilərinin həlak olması ilə nəticələnən hücumlara qarşılıq vermə məsələsində Türkiyəyə dəstəyimiz tamdır”.