ABŞ-ın hipersəs sürətli “qorxunc” raketi

DÜNYA Hit
Spread the love

ABŞ-ın silahlanmaya bu yaxınlarda qəbul edilən hipersəs sürətli Long-Range Hypersonic Weapon (LRHW) raketinin uçuş mənzili 2775 kilometri keçir. “Breaking Defense” bu haqda Pentaqonun nümayəndəsinə istinadən bildirir.

Nəşr qeyd edir ki, Hərbi Dəniz Qüvvələrinin Conventional Prompt Strike (CPS) adlı analoji raketinin uçuş məsafəsi də təxminən eynidir. Aasiya-Sakit okean regionunda yerləşən bu cür silah Rusiya və Çin ərazisindəki hədəfləri vurmaq imkanındadır. Bu da həmin ölkələr üçün “qorxunc” hesab edilir. Raketlərin Avropada yerləşdirilməsi də istisna edilmir.

 

2020-ci ilin avqustunda ilk dəfə Birləşmiş Ştatlar Common Hypersonic Glide Body (C-HGB) hipersəs sürətli raketinin buraxılmasını, uçuşunu və hədəfi vurmasını nümayiş etdirib. Açıq mənbələrdə yer alan məlumatlara görə LRHW və CPS raketləri həmin raketlərin əsasında hazırlanacaq. Həmin raket saatda 6100 kilometri keçən sürətlə, rəqibin raket hücumundan müdafiə sisteminin vasitələri üçün ağlasığmaz trayektoriya ilə hədəfə şığıyır. Raketi “Lockheed Martin” şirkəti işləyib hazırlayıb.

Dunyaninsesi.Az