ABŞ-ın hərbi büdcəsi dünya ölkələrinin ümumi hərbi xərclərini üstələyir

DÜNYA Manşet
Spread the love
Xəbər verildiyi kimi, 2020-ci ildə ABŞ-ın hərbi büdcəsi 750 milyard dollara çatacaq. Bu, bütün dünya dövlətlərinin hərbi büdcələrinin toplamından belə, çoxdur.
DunyaninSesi “Musavat.com”-a istinadən xəbər verir ki, prezident Donald Trampın Pentaqon üçün ayrılan məsrəfləri artırmaq planı belə (110 milyard dollar) Rusiyanın hərbi büdcəsini 2 dəfə üstələyir.
Ümumilikdə Müdafiə nazirliyi üçün nəzardə tutulan xərclərin ABŞ büdcəsinin 15%-ni təşkil edəcəyi gözlənilir. Müqayisə üçün qeyd etmək olar ki, 2018-ci ildə bu rəqəm 14,2%, 2019-cu ildə isə 15% civarında olub.
Hazırda hərbi büdcələrin böyüklüyü baxımından ABŞ, Çin, Səudiyyə Ərəbistanı, Hindistan və Fransa liderlik edirlər. Dünyada müdafiə məsrəflərinə ayrılan vəsaitlərin 60%-i bu ölkələrin payına düşür.
Yalnız hərbi aviasiya ilə bağlı ticarətdə Rusiya ABŞ-la yarışa bilir. Belə ki, Birləşmiş Ştatlar 2020-ci ildə 4 və 5-cü nəsillərə aid olan 110 qırıcı və “KS-46” tipli havada yanacaq doldura bilən təyyarələr sifariş edib. Rusiya isə gələcək il də 106 təyyarə, pilotsuz uçan aparat və helikopterlər əldə etmək niyyətindədir.
ABŞ strateji nüvə qüvvələrinin təkmillşdirilməsi istiqamətində əlavə olaraq yerüstü qitələrarası raketlər üçün 750 milyon dollar, “B-21 Reyder” strateji bombardmançıları üçün 3 milyard dollar, nüvə başlıqlı uzaq məsafəli qanadlı raketlərə 712 milyon dollar, “Kolumbiya” tipli atom sualtı qayıqları üçün 2,2 milyard dollar və strateji nüvə silahlarının idarəetmə, nəzarət və rabitə sistemləri üçün 2,5 milyard dollar ayıracaq.
Rusiyanın bu sahədə hərbi məsrəfləri dövlət sirri kimi qorunur.
Eyni zamanda ABŞ 2020-ci ildə hərbi-dəniz qüvvələri üçün 12 döyüş gəmisi və iki eksperimental pilotsuz gəmi əldə etməyə hazırlaşır. Bunların arasında “Virciniya” tipli 3 sualtı qayıq, “DDG-52 Flight III” tipli hərbi gəmi və FFG (X) tipli freqat var.
Rusiya isə dəniz qüvvələrini 14 gəmi, 3 sualtı qayıq, 18 kater və təchizat gəmiləri ilə gücləndirməyi planlaşdırır.
DunyaninSesi.AZ