ABŞ dövlət katibinin köməkçisi: “Sülh sazişi üçün qarşıdakı həftələr həlledici olacaq”

Hit SİYASƏT
Spread the love
Bu fikri ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen deyib.

“Növbəti bir neçə həftə tərəflərin niyyətdən razılığa keçməyə hazır olub-olmadığını yoxlamaq üçün həlledici olacaq. Çünki bildiyimiz kimi, danışıqlarda müsbət cavab əldə etmək ən çətin işdir”, – diplomat ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsindəki dinləmələrdə bildirib.

O, tərəflərin dəfələrlə görüşdüyünü xatırladıb.
“Biz sülh sazişi üzərində işləyirik”, – deyə dövlət katibinin köməkçisi əlavə edib.