ABŞ-dan Çinə növbəti qadağa: şəbəkə nəzarətə alındı

Əsas Manşet QALMAQAL
Spread the love
ABŞ Dövlət Departamenti ölkədə Çin Xalq Respublikasına bağlı olan “Sinxua”, “Pyupl Deyli”, “Çin Deyli” agentliklərinə, Çin Qlobal Televiziya Şəbəkəsinə və Çin Beynəlxalq Radiosuna qadağalar tətbiq edib.
Axar.az xəbər verir ki, departament adı çəkilən media qurumlarını Çin hökumətinin bir hissəsi kimi qəbul edib.
Bundan sonra həmin media qurumları hər hansı bir yerdə ofis açmaq üçün ABŞ Dövlət Departamentindən icazə almalı, apardıqları islahatlar barədə departamentə məlumat verməlidir.
Məsələ ilə bağlı açıqlama verən departamentin əməkdaşı bu media orqanlarının birbaşa Pekin rəhbərliyi tərəfindən idarə edildiyini deyib.