ABŞ-dan bu təklifi alsaq, imtina edəcəyik – Çavuşoğlu

Hit MÜSAHİBƏ
Spread the love

“Amerika təyyarədaşıyanlarını ərazi sularımıza buraxıb-buraxmayacağımıza özümüz qərar veririk. Bizə belə bir təklif gəlməyib, alsaq, imtina edəcəyik. Buna ehtiyac yoxdur”.

Publika.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-a məxsus təyyarədaşıyan gəminin yardım üçün Türkiyə sahillərinə göndərilməsi ehtimalı ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Xatırladaq ki, Ankaranın sabiq meri Melih Gökçek Türkiyədə baş verən zəlzələdə ABŞ və İsraili günahlandırmışdı. Bu kontekstdə türkiyəli siyasətçi qeyd edib: “Türkiyə çevrilişə cəhddən sağ çıxdı. Türkiyə artıq çevrilişlə məhv edilə bilməz. Onların yeni üsulları var. Bu, beynəlxalq güclərin oyunudur. Mərmərədə xarici seysmik tədqiqat gəmisi, Amerika və İsrail gəmiləri açıq şəkildə gəzməməlidir”.

Akqabay