ABŞ, Böyük Britaniya və Kanada uyğurlarla bağlı narahatlıqlarını bildiriblər

DÜNYA Hit
Spread the love

Böyük Britaniya, Kanada XİN başçıları Dominik Raab və Mark Qarno, və ABŞ dövlət katibi Entoni Blinken Çinin Sintszyan-Uyğur Muxtar Rayonundakı vəziyyətlə əlaqədar narahatlıqlarını bildiriblər.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, London, Vaşinqton, Ottava və Brüssel tərəfindən bir neçə Çinli məmura tətbiq olunan sanksiyalardan bəhs edən İngiltərə, Kanada və ABŞ-ın diplomatiya rəhbərləri bu addımın Sintszyanda insan hüquqları pozuntularının yolverilməz olduğuna “açıq bir siqnal verəcəyini” vurğulayıblar.

Eyni zamanda adı çəkilən xarici işlər nazirləri və dövlət katibi Çindən BMT-nin müstəqil müstəntiqləri, jurnalistlər və xarici diplomatlar da daxil olmaqla beynəlxalq ictimaiyyətə Sintzyan ərazisinə maneəsiz giriş imkanı verməsini tələb ediblər.