
Abbas Səhhət adına xəstəxanada şöbə müdiri dəyişib
Gəncədə xəstəxanalardan birinə yeni şöbə müdiri təyin olunub. Bu haqda 16 mart tarixində Birləşmiş Xəstəxanaya istinadən məlumat veririk.
Abbas Səhhət adına xəstəxananın Təcili yardım şöbəsinin müdiri dəyişib. Bu vəzifəni artıq Ruhin Rauf oğlu Abuzərli icra edəcək.
Ruhin Abuzərli 4 fevral 1994-cü ildə Göygöl şəhərində anadan olub. O, ali təhsilini 2012-2018-ci illərdə Ukraynanın paytaxtı Kiyev şəhərində Tibb Universitetinin Müalicə işi fakültəsində alıb.
2018-ci ildə Kiyev Urologiya İnstitutunda kurs keçərək həmin tibb müəssisəsində cərrah-uroloq işləyib. Ötən ilin iyun ayından isə həkim Abbas Səhhət adına xəstəxananın Təcili yardım şöbəsində çalışıb.
Dunyaninsesi.Az