Paşinyan: “Azərbaycanın tərəfimizdən tanınan ərazisinə Qarabağ da daxildir”

Hit MÜSAHİBƏ
Spread the love

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki,  Azərbaycanın Ermənistan tərəfindən tanınan 86 600 kv. km-lik ərazisinə Qarabağ ərazisi də daxildir.”

Ürməni Teleqram kanallarında yayılan məlumata görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bazar ertəsi mətbuat konfransında deyib.

Bundan başqa, Paşinyanın qeyd edib ki, Ermənistan Təşkilatın öhdəliklərini yerinə yetirməsi baxımından ölkəni tərk etdiyini başa düşsə, KTMT-dən de-yure çıxacaq. KTMT üzvü statusu digər ölkələrlə təhlükəsizlik məsələlərinin müzakirəsinə mane olarsa, belə bir qərar da verilə bilər. Onun sözlərinə görə, məhz KTMT-yə üzvlük İrəvana üçüncü ölkələrdən silah əldə etməyi müzakirə etməyə mane olub.

“Bizə dedilər: sən KTMT-nin üzvüsən, səninlə nəyi müzakirə edək?”,- Paşinyan bildirib.

KTMT-dən çıxmaq qərarının Ermənistan-Rusiya münasibətlərinə xələl gətirəcəyi ilə bağlı suala cavab verən baş nazir bildirib ki, respublikada son rəy sorğuları ölkədə Rusiya Federasiyasına etimadın səviyyəsinin azaldığını göstərib.

Bundan əvvəl Paşinyan keçirdiyi mətbuat konfransında Ermənistanın KTMT-nin Qırğızıstandakı hərbi təlimlərində iştirakı məsələsinin müzakirə olunduğunu bildirib.

KTMT-yə altı dövlət – Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.

Dünyanınsəsi.Az