35 min müəllim sertifikasiyaya cəlb ediləcək

Hit MÜSAHİBƏ
Spread the love

“Müəllimlərin orta aylıq əmək haqqı 2014-cü illə müqayisədə 267 AZN-dən 790 AZN-ə qədər artıb. 2022-ci ildən sertifikatlaşdırmada yüksək nəticə göstərən müəllimlərin orta aylıq əməkhaqqına 35% əlavə olub (1195 manat)”.

Dünyanınsəsi.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün brifinqdə deyib.

Nazir qeyd edib ki, uğur qazanmış müəllimlər 10% əlavə alırlar: “Sertifikatlaşdırmada iştirak etməyən heyət üzrə əmək haqqı 760 manat təşkil edir. Növbəti mərhələdə 35 min müəllim sertifikasiyaya cəlb ediləcək”.