Gəncədə məktəb direkotu İntihara cəhd edib – Prokurorluq faktla bağlı cinayət işi qaldıracaqmı?

Əsas Manşet ÖLKƏ
Spread the love

İntihar mövzusu son zamanlar  demək olar ki, hər gün səslənən istər sosial şəbəkələrdə, istər qəzet və jurnallarda, istərsə də televiziya verilişlərində çox rast gəldiyimiz, sanki reklam olunan, gündəmdə olan mövzulardan bəlkə də ən birincisidir.

Gəncə şəhəri 1 nömrəli məktəbin direktoru Mətanət Qarayeva intihara cəhd edib.

Dünyanınsəsi.Az bu barədə  xəbər verir.

Məlumata əsasən, M.Qarayevanın canına qəst etmək istəməsinə Gəncə şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevlə arasında yaranan mübahisə səbəb olub.

Mənbə iddia edir ki, uzun müddətdir Mətanət Qarayevanı öz ərizəsi ilə istefaya göndərmək istəyən A.Qədiməliyev, bu niyyəti baş tutmadığı üçün bu gün səhər saatlarında direktora zəng vuraraq onu təhqir edir. Təhsil İdarəsinin müdirinin bu hərəkətindən əsəbləşən M.Qarayeva iş otağındaca çoxlu sayda dərman içərək, öz həyatına qəsd etmək istəyib.

Məlumata görə, məktəb direktoru qısa müddət ərzində Göygol rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, hazırda vəziyyəti ağırdır və reanimasiyadadır.

İntihar qərarının verən məktəb direktoru hansı düşüncə mərhələlərindən keçib?
Yəqin ki, vətəndaşın intihara cəhd göstərməsi faktı üzrə Gəncə şəhər prokurorluğunda cinayət işi başlanaraq səbəbləri barədə ətraflı olaraq ictimaiyət üçün açıqlama veriləcəkdir.

İntihar cəhdi ilə bağlə Göygöl Mərkəzi Rayon Xəstəxanasının Publik Hüquqi Şəxsi direktor Vasif Əliyev  Dünyanınsəsi.Az saytına açıqlama verdi:

” Gəncə şəhəri 1 nömrəli məktəbin direktoru Mətanət Qarayeva intihara cəhd oilə bağlı deyə bilərəm ki, hazırda xəstənin vəziyyəti orta ağır olmaqla reanimasiya şöbəsində yerləşdirmişik.Həm də onu feyə bilərəm ki, hazırda direktor Mətanət Qarayeva palatada polis nəzarəti altına götürülüb”.

Redaksiyadan: Mövzu ilə bağlı əlavə məlumat verməyə çalışacağıq. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

Dünyanınsəsi.Az