Kəşfiyyat məlumatı: “Rusların 20-yə yaxın gəmisi…”

DÜNYA Hit
Spread the love

Rusiyanın Qara dəniz donanması gəmilərini itirməsinə baxmayaraq, Ukrayna və sahilyanı hədəflərə zərbə endirmək qabiliyyətini saxlayır.

Dunyaninsesi.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat icmalında deyilir.

Qeyd edilir ki, hazırda Qara dəniz əməliyyat zonasında Rusiya Hərbi Dəniz Qüvvələrinin 20-yə yaxın gəmisi, o cümlədən sualtı qayıqları var.

Britaniya kəşfiyyatı qeyd edir ki, “Saratov” desant gəmisinin və “Moskva” kreyserinin rüsvayçı itkilərinə baxmayaraq, Rusiyanın Qara dəniz donanması Ukrayna və sahilyanı hədəflərə zərbələr endirmək iqtidarındadır.

Daha əvvəl bildirilmişdi ki, Rusiya gəmi qrupu yenidən formatlanıb və “Moskva” kreyserinin batdığı yerin ətrafında axtarışları davam etdirir.

Dunyaninsesi.Az