DunyaninSesi.Az TASS-a istinadən xəbər verir ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölmələri) xüsusi təyinatlı “ ƏL-Qüds” qüvvələrinin ən hörmətli komandirlərindən biri Suriyanın Hələb vilayətində öldürülüb.
Bu barədə bazar ertəsi ərəb telekanalı “Al Arabiya” xəbər verib.
Onun məlumatına görə, İranın “Əl-Quds” xüsusi təyinatlı dəstələrinin komandirlərindən biri Əsgər Başabur Hələbdə öldürülüb.
İran hərbçisinin Suriya ərazisindəki ölüm səbəbləri barədə məlumat verilmir.